İranın İsrailə hücumu aviaşirkətlərə ciddi zərbə vurduğu iddia olunur

İranın İsrailə hücumu aviaşirkətlərə ciddi zərbə vurduğu iddia olunur
 

İranın İsrailə hücumu zamanı dünyanın ən iri aviaşirkətlərinin uçuşlarında fasilələr yaranıb.

Paralel.az xəbər verir ki, İranın İsrailə hücumu ərəfəsində Qantas, Lufthansa, United Airlines, Air India da daxil olmaqla dünyanın onlarla aviaşirkəti son iki gündə uçuşları ləğv etmək və ya marşrutunu dəyişmək məcburiyyətində qalıb.  

Bu, aviaşirkətlərin sərnişin və ya yük daşımasında 11 sentyabr terror aktlarından sonra yaranan ən böyük pozulmadır.

OPSGROUP konsaltinq şirkətinin təsisçisi Mark Zi qeyd edib ki, hava nəqliyyatında yaranan fasilə 2001-ci il sentyabrın 11-də baş verən terror aktlarından sonra ən böyük pozuntudur. "O vaxtdan bəri bir çox fərqli hava məkanının bu qədər xaos yaratdığı bir vəziyyətlə üzləşməmişik", - Zi "Reuters"ə açıqlamasında deyib.

Onun sözlərinə görə, uçuşlarda yaranan fasilələr daha bir neçə gün davam edəcək.

OPSGROUP-un təsisçisi izah edib ki, İran hava məkanından Avropa və Asiya arasında uçuşlar həyata keçirən aviaşirkətlər istifadə edir. Aviadaşıyıcılar özlərinə iki alternativ marşrut seçməli olacaqlar. Onlar ya Türkiyə, ya da Misir və Səudiyyə Ərəbistanının hava məkanından istifadə etməlidirlər. 

 

0.060235977172852