Nemrud yoxsa Bel - İlhami Cəfərsoy
NEMRUD yoxsa BEL
Müqəddəs kitablarda Nemrud, Nimrud ləqəbi ilə xatırlanan yarı tarixi, yarı mifik şəxsiyyətin əsil adı Bel, yəni fil idi. Bel qədim Şumer və samilərə qədərki Akkad panteonunda yenilməz alp və yarıtanrıdır. O, Bibliya əfsanələrində nəhəng gövdəli adam və güclü pəhləvan kimi təsvir olunur. Bel Türk kimi Kamın nəvəsi, Kuşun oğludur, yəni şaman mənşəli Quşçunun nəslindəndir. Belin nəvələri l Arbel və ll Arbel Troyanın süqutundan qabaq İkiçayarasında və Finikiyada hökmran olmuşdular. Troya er.əv.1334-cü ildə işğal olunanda onlar Finikiyadan Afrikanın şimal-qərbinə köçdülər. Belin qızı Eliza Didona, yəni didərgin, qaçqın ləqəbi ilə Tunis yaxınlığında Kartagen şəhərini saldırdı. Troya alpı Eneyə arvad olub həmin şəhəri böyük ticarət məkanına çevirdi. Antik İtaliyanın böyük şairi Sili İtalik yazır ki, həmin Didona Belin nəslindındir. Anadoludakı Ərbil şəhəri Fil nəslindən Ar Belin, Azərbaycandakı Ərdəbil Arta, yəni Ata Belin saldığı şəhərdir. Yenilməz alpımız Belin adı azca dəyişərək Mil düzündə indyədək qalmaqdadır. Eyni zamanda Beyləqan şəhərinin qədim adı Bel olmuşdur. Mən 20 ildən çoxdur ki, bu istiqamətdə tədqiqatlar aparıram, məqalə və monoqrafiyalar nəşr etdirirəm, ancaq AMEA-nın Azərbaycanlı adı altında gizlənən İrangenləri həmin bilgilərin dərsliklərə daxil edilməsinə imkan vermirlər. Bizim Türk qardaşlarımız da Bel dağına ərəb və yəhudi ağzı ilə Nemrud dağı deyirlər. Yaxşi olar ki, Türkiyə və Azərbaycan alimləri birlikdə bu mövzuda simpoziumlar, elmi konfranslar keçirsinlər. Müzakirələrdə bəyənilərsə, Nemrud dağının və Beyləqan şəhərinin tarixi Bel, yəni fil adı özünə qaytarılsın.
Paralel.az