Sehirli məqalə, yoxsa akademik kələk? - Professor İdris Abbasov yazır...

Sehirli məqalə, yoxsa akademik kələk? - Professor İdris Abbasov yazır...
 

Adamın hərdən inanmağı gəlmir, yəni doğrudanmı, ölkənin akademik-alimləri dəstə düzəldib kələk gəlməklə, bizi içdən zəiflətməklə məşğuldurlar?! Təəssüf...

Cəmiyyətin pozitiv ruhunu məhv etməyə, dövlətə, dövlət rəhbərlərinə inam və ümid çırağını söndürməyə hesablanmış akademik kələklər silsiləsindən...

Bu gün işçilər işdən çıxandan sonra saat 18.00 radələrində akademik İsa Həbibbəyli AMEA-nın Dilçilik İnstitutunun yeni direktoru naşir-professor Nadir Məmmədlini tələsik kollektivin bir neçə üzvünə təqdim edib. Bir neçə vəzifəni çiyninə götürmüş İ.Həbibbəyli vaxtının olmadığını, bir həftədə 18 iclas keçirdiyini vurğulayıb (yaşlı bir şəxsin eyni zamanda bir neçə vəzifəni tələs-tələslə, alayarımçıq və keyfiyyətsiz icra etməsi şübhəsizdir)...
Akademik İsa Həbibbəylinin dediyinə görə, cəmiyyətin yaxşı tanıdığı professor Nadir Məmmədlini, sən demə, akademik Ramiz Mehdiyev tanımırmış. Qəflətən qabağına çıxan bir məqaləni oxuyan akademikdə ciddi fikir təbəddülatı yaranıb. "Baş" akademik deyib ki, o şəxslə görüşmək istəyir. İsa Həbibbəyli tərəddüd etmədən söz verib ki, mütləq o şəxsi tapıb akademiki arzusuna çatdıracaq.
Bu haqda akademik İsa Həbibbəyli çıxışında deyir:
"Akademiyanın prezidenti akademik Ramiz Mehdiyev məndən Nadir Məmmədli haqqında soruşdu. Dedi ki, qəzetlərin birində Rüstəmov familiyalı bir nəfərin Nadir Məmmədli haqqında məqaləsini oxudum. Bu məqalədə Nadir Məmmədlinin dilçilik sahəsindəki xidmətlərinə dair məni cəlb edən məsələlər görmüşəm, amma bu adamı tanımıram. Sonra Ramiz müəllim internet vasitəsilə və öz kanalları ilə Nadir müəllimin tərcümeyi-halına aid CV-sini (?!) mənə verdi. Haradansa əldən etmişdi. Gördüm internet CV-si idi, 5-6 səhifəlik. Deməli, Ramiz müəllim onun göstəricilərini, fəaliyyətini, xidmətlərini diqqətlə öyrəndikdən sonra mənə tapşırdı ki, Nadir Məmmədli ilə görüşmək istəyirəm. Mən dəvət etdim 2 gün qabaq, Nadir Məmmədli Ramiz müəllimlə görüşdülər. İlk dəfə idi görüşürdülər. Görüşməyib Nadir müəllim. Orada da dedi. Məqaləni oxuyub və bunun əsasında fikir yürüdüb. Nadir Məmmədlinin Dilçilik İnstitutunun direktoru vəzifəsinə irəli sürülməsini akademiyanın prezidenti məqsədəuyğun hesab elədi..."
Bütün hallarda, əlbəttə, XEYİRLİ OLSUN!
PS. İ.Həbibbəylinin bu çıxışı məzmun cəhətdən təzadlı görünə bilər, amma akademikanə təhkiyəni folklor nümunəsi kimi də qiymətləndirmək olar.
Şəkildə: Akad. İsa Həbibbəyli baş redaktoru olduğu biabırçı plagiarizm abidəsini - “İzahlı dilçilik terminləri lüğəti”ni əlinə alıb təqdim və tərif edərkən... Allah onun belə təqdim və təriflərindən qorusun!
28.10.2021

Dövlət vəsaiti hesabına çap etdirib əlində tutduğu və sevə-sevə təbliğ və təqdim etdiyi bu plagiat kitabın Baş redaktoru İsa Həbibbəylinin özü və dostu, Dilçilik İnstitutuna direktor gətirib akademik-müşavir etdiyi Möhsün Nağısoyludur. Belə işlərlə məşğul olub dövlətə kələk gəlməyin müqabilində heç bir töhmətin olmadığını görüb həvəslənən akademik İ.Həbibbəyli R.Mehdiyev kartından məharətlə faydalanaraq 25 illik dostunu -məşhur naşir Nadir Məmmədlini məhz "sirli məqalə" bəhanəsi ilə institut direktorluğuna gətirmişdir. 2022-ci ilin yanvar ayında yenə də Ramiz Mehdiyevi bəhanə edən İsa Həbibbəyli məhz naşir Nadir Məmmədli vasitəsilə institutdakı ciddi qanunsuluqları və şəbəkələşməni tənqid etdiyinə görə İdris Abbasovu cəzalandırmaq qərarına gəlmişdir. Təcili iclas çağırıb üzəduranları hazır vəziyyətə gətirən Nadir Məmmədli demişdir: "Onsuz da gec-tez sənin haqqında tədbir görüləcək. Akademiklər Ramiz Mehdiyevi və İsa Həbibbəylini tənqid etmək elə-belə şey deyil". Akademik-professor cütlüyünün məni susdurmaq planları ifşa olunsa da, digər şəxsi planlarını vəzifə və dövlət büdcəsi hesabına uğurla rellaşdırırlar. Onlar düşünürlər ki, İ.Abbasovu maddi-sosial dalana dirəyib məhv edə biləcəklər. Onsuz da baş qarışıqdır geosiyasi məsələlərə və s.
Qeyd. AMEA-da işbazlar istisna olmaqla, o qədər təmiz, saf, yaxşı qidalanmadığından güclə ayaqda duran, bir tikə çörək üçün 300-500 civarında maaşa ehtiyacı olan, şükürlü analarımız, bacılarımız, övladlarımız var ki! Onların işbazlar tərəfindən şəxsi maraq naminə istismarına yol vermək namərdlik və vicdansızlıqdır. Alim-akademik qılafında gizlənmiş daşürək, vicdansız və qəddarlar maddi təminatın çoxluğundan fərqli əyləncələr axtarırlar. Onların məzələnmək üçün kasıb qullara, kölələrə ehtiyacı var. AMEA isə cibləri qanlı pullularla dolu, harınlığından buğlanan, beynini piy basmış alim adlı varlıqlar üçün ideal əyləncə məkanıdır.
Vəzifədə "yaxşılıq etmək"lə məşğul olub dövlətin və rəhbərin nüfuzunu aşağı salmaq hesabına nüfuz sahibinə çevrilmək böyük xəyanətdir. Vəziyyət isə çox dəhşətdir...

Paralel.az 

0.025671005249023