Pakistand 18 nəfəri ildırım vurub öldürüb

Pakistand 18 nəfəri ildırım vurub öldürüb
 

Pakistanın Bəlucistan, Pəncab və Sind əyalətlərində şiddətli leysan yağışları zamanı ildırım düşməsi nəticəsində azı 18 nəfər həlak olub.

Bunu “Samaa TV” məlumat verib.

Qeyd edilib ki, son iki gündə davam edən aramsız yağışlar və şimşək çaxmaları ən azı 18 nəfərin həyatına son qoyub.

Oxşar hadisələr Bahavalpur vilayətində də baş verib. Burada ildırım bir neçə yerə düşüb, nəticədə Şərqi Əhmədpurda bir qadın ölüb, iki nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə, təbii fəlakət qurbanlarının hamısı işçilər olub.(Qafqazinfo)

 

0.011409997940063