İtaliyada su elektrik stansiyasındakı partlayışda ölənlərin sayı 7-yə çatıb

İtaliyada su elektrik stansiyasındakı partlayışda ölənlərin sayı 7-yə çatıb
 

İtaliyanın şimalındakı Suviyana gölündə “Enel” enerji şirkətinə məxsus su elektrik stansiyasında (SES) ötən bazar günü baş verən partlayış nəticəsində həlak olanların sayı 7-yə yüksəlib.

AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində itkin düşən daha bir nəfərin cəsədi mülki-müdafiə bölmələrinin dalğıcları tərəfindən tapılıb.

Xatırladaq ki, “Bargi” elektrik stansiyasındakı partlayış zamanı 3 nəfər həlak olmuş, 4 nəfər itkin düşmüşdü.

Bolonya prokurorluğu hadisə ilə bağlı cinayət işi açıb, araşdırmalar aparılır.

0.014248132705688