Zelenski Avropa İttifaqına qəbul üçün vaxt qoydu

Zelenski Avropa İttifaqına qəbul üçün vaxt qoydu
 

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqından iyun ayından gec olmayaraq ölkənin təşkilata qəbulunu tələb edib.

Bu barədə Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda və Polşa Prezidenti Anjey Duda ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“İyun, Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq üçün doğru vaxtdır”, - deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Avropanın oxşar siqnala ehtiyacı var ki, Rusiya Prezidenti Vladimir Putin Qərbin zəiflik nümayiş etdirdiyini düşünməyə tələsməsin.

 

0.013617038726807