Almaniyada polislər soyundu - səbəb - VİDEO

Almaniyada polislər soyundu - səbəb - VİDEO
 

Almaniyada polislər etiraz əlaməti olaraq soyunublar.

Xarici KİV xəbər verir ki, Bavariya əyalətində polis məmurları vahid geyimlə bağlı problemə diqqət çəkmək üçün şalvarlarını çıxararaq video çəkiblər.

Bavariya Alman Polis İttifaqının prezidenti Yurgen Köhnlein bildirib ki, videoda məqsəd ciddi bir məsələyə toxunmaqdır.

Videoda iki polis əməkdaşının patrul maşınında əyləşdiyi görünür. Hər ikisi bir-birinə "nə vaxtdır gözləyirsiniz" sualını verir. Polislər müvafiq olaraq 4 və 6 ay cavab verir. Daha sonra polis əməkdaşları maşından düşür və onların əynində ayaqqabı, xidməti kəmər və papaqdan ibarət forma geyindiyi, ancaq şalvarlarının olmadığı görünür.

Y.Köhnlein bu vəziyyətin polis əməkdaşları üçün gülməli olmadığını bildirib: “Biz elə bir vəziyyətə gəlmişik ki, həmkarlarımız daha düzgün forma ilə xidmət edə bilmir”. 

Qeyd olunur ki, ixtisaslı işçilərin və material qıtlığının yaşanması vəziyyəti çətinləşdirib. Koronavirus pandemiyası və daha sonra Ukraynadakı müharibənin də istehsala təsir göstərdiyi bildirilir.
İttifaq prezidenti polis məmurlarının sökülən formalarını tikərək geyinmək məcburiyyətində qaldıqlarını deyib. 

Qeyd edək ki, Bavariya Daxili işlər Nazirliyi mövcud problemləri boynuna alıb. Daxili İşlər Nazirliyi ortamüddətli perspektivdə Bavariya polisinin vahid təchizatını öz üzərinə götürmək istədiyini açıqlayıb. Hof şəhərində polis üçün uyğun logistika mərkəzinin təxminən 2030-cu ilə qədər tamamlanması planlaşdırılır. Bavariya Polisi ən tez 2027-ci ildə öz geyim formalarını tədarük etməyə başlaya biləcək.

 

0.024973154067993