Futbolçunun evi günün günorta çağı qarət edildi

Futbolçunun evi günün günorta çağı qarət edildi
 

Bu dəfə qurban "Nyukasl"ın hücumçusu Aleksandr İsak olub.

Aleksandr İsak "Nyukasl"ın "Fulhem"lə oyununda qol vura bilməyib, lakin hücumçunun sevinmək üçün səbəbi vardı. Komandası 1:0 hesabı ilə qalib gəlib və Premyer Liqanın ilk altılığına daxil olmaq uğrunda mübarizəni davam etdirir.

Lakin İsveç təmsilçisi oyundan sonra evə qayıdan kimi şok yaşayıb. Çünki onun Northumberland qraflığındaki iqamətgahı maskalı cinayətkarlar tərəfindən qarət edilib.

“The Sun” qəzetinin jurnalistlərinin yazdığına görə, İsakın evi “Nyukasl”ın “Fulhem”lə oyunundan 48 saat əvvəl qarət edilib. Bunun 24 yaşlı futbolçunun evini tərk etməsindən az sonra baş verdiyi güman edilir.

Hazırda dəymiş ziyanın dəqiq qiymətləndirilməsi aparılır. İdman avtomobillərindən birinin polis əməkdaşlarının köməkliyi ilə geri qaytarıldığı məlum olub. Cinayətkarlar onu evdən üç kilometr aralıda, meşədə qoyublar.

Bu, Eddi Haunun yetirmələri arasında ilk belə hal deyil. Bir neçə ay əvvəl Joelintonun iqamətgahından da oğurluq edilib. Hazırda müstəntiqlər iki işin əlaqəli olub-olmadığını araşdırır.

Bu mövsüm İsak 33 oyunda iştirak edib. O, 19 qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir.

 

0.010979890823364