Putin: "Haydı qızlar!" müsabiqələri təşkil edilsin

Putin:
 

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın regional hakimiyyətlərinə "Uralvaqonzavod"dan nümunə götürərək "А ну-ка, девушки!" (“Haydi, qızlar!”) korporativ müsabiqələri keçirməyi tövsiyə edib.

Ölkə.Az xəbər verir ki, bununla bağlı məsələ Putinin Sverdlovsk və Çelyabinsk vilayətlərinə səfərindən sonra verdiyi göstərişlər siyahısında yer alıb. 

Göstərişə əsasən Rusiya regionlarının rəhbərləri 2024-cü il noyabrın 1-dək Kremlə “Uralvaqonzavod" təcrübəsinin yayılması məsələsi ilə bağlı hesabat təqdim edilməlidir.

Qeyd edək ki, Putin Nijni Tagildə "Uralvaqonzavod"da olarkən işçilərindən biri "А ну-ка, девушки!" (“Haydi, qızlar!”) müsabiqəsinin qalibi Valeriya Frolova RF prezidentinə müsabiqəni ümumrusiyaya səviyyəsində keçirilməsini təklif edib. Putin də bu barədə düşünməyə söz verib.

 

 

0.013797044754028