Azərbaycan Respublikası Kino Agentliyinin
MƏLUMATI

Azərbaycan Respublikası Kino AgentliyininMƏLUMATI
 
Aprelin 1-də Azərbaycanda keçirilən Belarus Mədəniyyət Günləri günləri
çərçivəsində Bakıda Nizami Kino Mərkəzində Belarus Kino Günlərinin açılışı
olub.
Belarusun Azərbaycandakı səfirliyinin nümayəndələri, tanınmış kino, mədəniyyət
və incəsənət xadimlərinin iştirak etdiyi tədbiri açıq elan edən Azərbaycan
Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Orxan
Fikrətoğlu ölkəmizdə Belarus Mədəniyyəti Günlərinin keçirilməsinin əlamətdar
hadisə olduğunu qeyd edib.
O.Fikrətoğlu bildirib ki, Belarusun qədim slavyan ənənələri, dili, mədəni
dəyərlərinin təqdimatı aprelin 3-dək azərbaycanlı tamaşaçılara kino dili ilə təqdim
olunacaq. “Belarusfilm”in yüz ili əhatə edən ənənələri var və bu studiyada lentə
alınan filmlər hər zaman böyük maraqla qarşılanıb.
Onun sözlərinə görə, Azərbaycan filmlərinin də Belarusda bu formada təqdimi
nəzərdə tutulub.
Daha sonra "Belarusfilm" kinostudiyasının baş direktoru Yuri Aleksey çıxış edərək
kino günləri ilə bağlı təəssüratlarını bölüşüb. Kino günlərində təqdim olunacaq
filmlər haqqında məlumat verib: ”Azərbaycan tamaşaçılarına üçün dörd film
gətirmişik - bunlardan ikisi bədii, ikisi isə sənədli filmdir. Biz öz köklərimizi, adət-
ənənələrimizi, mədəniyyətimizi kino vasitəsilə göstərmək istəyirik. Əminəm ki,
Azərbaycan tamaşaçıları buna maraq göstərəcək”,- deyə baş direktor qeyd edib.
O, diqqətə çatdırıb ki, Azərbaycanla kino sahəsində əməkdaşlıq məsələləri də
nəzərdə tutulub. Bununla bağlı rəhbərlik etdiyi qurumla Azərbaycan tərəfi arasında
danışıqlar davam edir və gələcəkdə birgə əməkdaşlıqla bağlı saziş imzalanacaq.
Y.Aleksey Belarus və Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafının
vacibliyini qeyd edib.
Çıxışlardan sonra "Лист ожидания" (“Gözləmə siyahısı”) dramının nümayişi baş
tutub. 2023-cü ildə istehsal olunan filmin rejissoru A. Yefremovdur.
Sonra Aleksandr Yefremovun kardioloqların taleyindən, onların mürəkkəb
peşəsindən, məişət qayğılarından bəhs edən “Gözləmə siyahısı...” filmi təqdim
olunub.
Qeyd edək ki, Belarus Kino Günləri çərçivəsində aprelin 2-də saat 16:00-da
Nizami Kino Mərkəzində Yevgeni Setkonun yandırılmış Belarus kəndlərindən
bəhs edən “Perezvon” sənədli filminin nümayişi olacaq.
Saat 19:00-da isə İvan Pavlovun Böyük Vətən müharibəsi illərində Belarusun
faşistlərdən azad edilməsində partiuzanların qəhrəmanlığından bəhjs edən
"Yoxlama" bədii filmi nümayiş etdiriləcək.
Aprelin 3-də saat 19.00-da Nizami Kino Mərkəzində İqor Bışnevin belarus
bizonunun növlərinin dirçəldilməsi üçün uzun və zəhmətli işlərdən bəhs edən
“Xilas edilmiş nəhəngin ölkəsi” sənədli filmi tamaşaçıların diqqətinə təqdim
olunacaq.
 
Paralel.az
0.014210939407349