Yunanlar kimdir? I Yazı
TARİXİ FAKTLAR 

Yunanlar kimdir? I YazıTARİXİ FAKTLAR 
 

Türkiyədə Göbekli Təpədə aparılan qazıntı işləri tarix elmini fakt qarşısında qoydu, bizim bəşər tarixi haqqında bildiyimiz hər şeyi məhv etdi. On minlərlə kitab, yüz minlərlə yazılan məqalələr öz əhəmiyyətini itirdi. Çünki indiyədək aparılan arxeoloji qazıntılar və bunun əsasında inkişaf etdirilən tarix elmi o dövrlərdə yaşayan insanların ovçuluqla, bitki yığmaqla məşğul olduğunu, dili, dini, mədəniyyəti, incəsənəti olmayan, hətta oturuşmuş həyat tərzinə belə keçməyən sürü halında yaşadığını deyirdi. Halbuki Göbekli Təpədə diametri 8 metrdən 30 metrə qədər olan, diqqətlə tikilmiş, bəzədilmiş 20 məbəd var. Məbədlərdə ölçüləri 3 ilə 6 metr arasında dəyişən və çəkisi 60 tona qədər olan nəhəng T formalı heykəllər var. Bütün bunlar tarix elmini alt-üst edir. T-şəkilli daşların üzərində müxtəlif heyvan təsvirləri, türklərin Gün və Ay tamğaları var. Bu daşların üzərində xakas türklərinin, skiflərin, hunların və türkmənlərin izləri var.

Son zamanlar türk tarixçiləri Atatürkün dövründə başlayan, sonra isə dayandırılan tarixi araşdırmalara davam etdlər. Bu araşdırmalar göstərir ki, avropalılar türklərin tarixini tamamilə saxtalaşdıraraq türklərin qurduqları sivilizasiyaları başqa xalqların adına yazıblar.

Əvvəlcə İkiçayarasında və Anadoluda mövcud olmuş qədim dövlətlərin tarixinə nəzər salaq.

XIX əsrdə Avropa arxeoloqları Dəclə və Fərat çaylarının aşağı axarında qədim sivilizasiyaların mövcudluğunu kəşf etdilər. Sonrakı araşdırmalarda bu sivilizasiyaların təxminən 7 min il bundan əvvəl yarandığı aşkar olundu. Bu şəhər tipli dövlətlərin Ur, Uruk, Laqaş, Nippur, Larsa və s. olduqları müəyyən edildi. 1855 ci ildə bu sivilizasiyalar haqqında tədqiqat aparan ingilis tarixçisi G.Rawlinson tapılan gil lövhələri və Assurbanipalın kitablarını araşdıraraq bu mətnlərin Türklərə aid olduğu fikrini ilk dəfə irəli surdu və qeyd etdi ki, “bu yazi skiflər və ya turanlilar tərəfindən yazilmisdir". 1869 cu ildə Jules Oppert mənbələri araşdıraraq bu dili şumer dili adlandırdı və qeyd etdi ki, "bu dil, türk, macar və fin dilləri ilə qohumdur". Amma bu sivilizasiyanın yaradıcıları özlərini Kenqir adlandırdılar. "Biz Kengir adlanan yerdən gəlmişik"- gil üzərində belə yazılır. Oseoloqlar (oseolog şumer lövhələrini oxuyan mütəxəssisdir) Ön Asiyanın, Hindistanın, İranın, Ərəbistanın bütün salnamələrini, bütün xəritələri gözdən keçirdilər, belə toponimlərə rast gəlmədilər. Lakin Mərkəzi Asiyanın toponimlərinə baxmağı “unutdular”. Qazaxıstanda minilliklər boyu bu günə qədər "Kengir" adlı iki toponim qorunub saxlanılmaqdadır. Biri Qara-Kengir çayıdır, onun sahilində Cezkazqan şəhəri yerləşir, burada akademik K.I.Satpayev filizdən metal almaq üçün Avrasiyada ən qədim filizəritmə sobaları tapmışdır, ikincisi, Qazaxıstanın Ust-Kamenoqorsk şəhəri, qədim türklərin Kengir-Tura adlandırdığı şəhərdir, bu barədə 5-ci əsrinin Mançu xəritəsində məlumat var. Qazax dilində "kен"- filiz, "qir"- isə insan əli ilə düzələn məmulat deməkdir. Bu gün Azərbaycan ərazisində Kəngər adında 10 a yaxın yaşayış məskəni var.

1870 ci ildə G.Rawlinson 1855 ci ildə irəli sürdüyü iddianı rədd etdi və bu sivilizasiyanın türklərə aid olmadığını elan etdi. Nə baş verdi ki, alim öz fikrindən imtina etdi? 1873 cü ildə fransız tarixçisi-arxeoloq Ernect Renan deyirdi: "Arxeoloji qazıntılar zamanı tapılan artefaktlar türklərlə aid olsa belə, onlarla əlaqələndirməyin, sonra biz onları Anadoludan qova bilməyəcəyik". Belə çıxır ki, hələ XIX əsrin ikinci yarısında avropalıların türkləri Anadoludan qovmaq fikirləri var idi. Bu məqsədlə onlar Anadoluya türklərin son min ildə gəldikləri haqqında uydurma nəzəriyyə irəli sürdülər. Burada G.Rawlinsonun irəli sürdüyü iddianı rədd etməyinin səbəbi aydın olur. Aydın olur ki, avropalılar Şumer sivilizasiyasını niyə türklərlə əlaqələndirmək istəmirdilər. Bu, o zaman idi ki, artıq Avropada özünü "avropa mərkəzçiləri" adlandıran yeni tarixçilər nəsli yetişmişdi. Onların irəli sürdüyü konsepsiyada türklərin heç vaxt 40 cı paraleldən aşağıda yaşamadıqları iddia edilirdi. Ona görə də bu coğrafiyada türklərin qurduğu sivilizasiyaları başqa xalqların adına yazmaq lazım idi. Şümerlərin dövründən başlamış Orta Şərqdə və Anadoluda Türklərin qurduqları bütün sivilizasiyaları e.ə. I minilliyin ortalarına qədər sami xalqlarının, e.ə. I minilliyin ortalarından bu günə qədər olanları isə farsların, yunanların və ermənilərin adına yazdılar. Amma o dövrə aid qayaüstü rəsmlər və petroqliflər bunun əksini deyir. Qayaüstü rəsmlərdə Yeni Assur çarı II Sarqonun (722-705) iki ata qoşulmuş arabada əlində ox təsviri var. Həmin təsvirin qızıldan düzəldilmiş formasına Ukrayna və rus çöllərində skif kurqanlarında rast gəlinir. Bu isə II Sarqonun sami əsilli olmadığını sübut edir. Uilyams Hayvell "Dünyanın dahi monarxları" kitabında yazır: "Babil hökmdarı II Navuxodnosorun ( Nəbukədnessar) (605-562) ulu babaları bundan 1000 il əvvəl Qafqazdan gələn atlılar idi". Müəllif bundan 1000 il əvvəl deyərkən e.ə XVI əsri nəzərdə tutur.

Yeni Assur çarlığı (1000-612) e.ə. X əsrin başlanğıcında qurulmuşdu. Yəni, bu dövrdə atlı türklər artıq Ön Asiyasa hakim idilər. Eynilə Herodot da midiyalılar haqda danışarkən onların e.ə.X əsrdə Qafqaz aşırımını keçərək at belində gəldiklərini söyləyir. Beləliklə bu imperiyaları quranların kimliyi bəlli olur.

Son zamanlar o da məlum oldu ki, ilk dəfə at təxminən 7000 il bundan əvvəl Şimali Qazaxıstanda yerləşən Botay sivilizasiyasını quran türklər (skiflər) tərəfindən əhilləşdirilib. Təbii ki, arabanı da, təkəri də türklər icad etmişdilər. Rus tarixçi- etnoqrafı Konstantin Kuksin deyir: "İlk dəfə dəmirin emalına Altayda rast gəlinir. Türklər dəmirdən ox ucluğu, nizə, özləri və atları üçün dəmir geyim düzəldirdilər. 20 min nəfərdən ibarət belə ordunun qabağında heç kim dayana bilməzdi. Ona görə də türklər hara gedirdilərsə, yerli xalqları özlərinə tabe edib dövlət qururdular".

Orta Şərqdə türk varlığını göstərən diğər göstərici bu xalqların genomudur. Məlumdur ki, R türk kimliyidir və yaranış məskəni Sibirdir (İrkutsk yaxınlığında Malta yaşayış məskəni-37 min il əvvəl). Bu gün İraq, Suriya, Livan, Fələstin, Yəmən, Qətər və Liviyada R1b nin 40% olması bu ölkələrin xalqlarının ərəbləşmiş türklər olduğunu göstərir.

Elam haqqında olan məlumat da maraqlıdır. Susa və Anshan qədim Elam şəhərləridir. Sialk Təpədə yeganə proto-elam ziqquratı hələ də qalır. Susada tapılan deşifrə edilməmiş proto-elam yazısında olan mətnlər bu dövrə aiddir. Sialk Təpədə e.ə. V minilliyin son yarısına aid proto-elam qabları tapılmışdır. Burada gümüş qabın üzərində Elam öncəsi xətti yazı ilə qabarıq formada, türk xalqlarının xalçalarında əks olunan romb şəkilli işarələr var. Bu işarə türk dillərində Ana oxunur. Bu işarə Amerika hindularının toxuduğu xalçalarda da var. A.Klyosov elam dilinin türk dilləri ilə "uygun gəldiyini" qeyd edir. Beləliklə Azər mədəniyyətinin izlərinə Elamda rast gəlinir.

Bundan başqa türklər Anadoluda Troya, Likiya, Lidiya, Frigiya, Kariya, Misiya kimi sivilizasiyalar qurmuşlar. Türk əsilli olduğu hesab edilən xalqlardan biri də Etrusklardır.

Etrusklar e.ə. VIII- IV əsrlərdə Apennin yarımadasının şimal-qərbində, Arno və Tibr çayları arasında yaşamış qədim sivilizasiyadır. Bu sivilizasiya haqqında bildiklərimizin çoxu tarixi sübutlara deyil, sənət və arxeoloji məlumatlara əsaslanır. Etrusk dili Hind-Avropa dili deyil və ölü dil hesab olunur. İndiyə qədər 13 minə yaxın etrusk mətnləri tapılmasına baxmayaraq hələ də bu mətnlər əksəriyyəti oxunmayıb. Türk tarixinin araşdırmaçısı Kazım Mirşan etrüsklardan qalan ən önəmli abidə olan Cippus kitabəsini tam olarak deşifrə etdiyini və bu dilin bir proto-türk dili olduğunu açıqlamışdır.

Herodot etruskların əslində Qərbi Anadoludan köç etdiyi barədə məlumat verirdi. Toskananın müasir sakinlərinin bir neçəsinin genetik tədqiqatı onların mitoxondrial DNK- nin hazırkı Anadolu əhalisi ilə əlaqəsini göstərdi və bu, etruskların Anadolu mənşəyinin sübutu hesab olundu. Lakin sonradan arxeoloqlar Dəmir dövrünün etrusk mədəniyyətinin özündən əvvəlki Villanova mədəniyyəti ilə oxşarlığını bəyan etdilər. Son zamanlar Maks Plank İnstitutu, Tübingen (Almaniya) və Florensiya (İtaliya) Universitetinin genetikləri tərəfindən aparılan yeni araşdırmada aydın oldu ki, etruskların DNA-sı digər yerli italiyalı populyasiyaların DNA sı ilə sıx bağlıdır. Belə olan halda italyan və alman alimləri onları Apennin yarmadasının yerli sakinləri hesab etdilər. Bununla yanaşı etiraf edirlər ki, Etrusk sivilizasiyasından cox əvvəl- e.ə. 2800-2500-cü illər arasında Apennin yarımadasına Qara dəniz və Xəzər hövzəsindən köçlər gəlmişdir.

Anadoluda mövcud olan sivilizasiyalardan biri də avropalıların Troya adlandırdıqları Luvi sivilizasiyasıdır.

Türk tarixçisi, doktor Bilgə Ömər Luvilərin tarixini araşdırmış və maraqlı nəticələr əldə etmişdir. Hitit mətnləri incələnərkən onların dini kitablarında və möhürlərində özlərinin "nəsilə" adı verdikləri hireoqlif yazılardan başqa bir yazı növü də aşkarlanmışdır. İlk əvvəl bu yazının da hititlərə aid olduğu düşünülmüşdür. Sonradan bu yazının hititlərə deyil, başqa bir xalqa aid olduğu kəşf edildi. Bu yazının hititlərdən 2 min il öncə yazıldığı aşkar olundu. Arxeoloq Firuzan Knal Mərsin, Hacılar və Alişar qazintılarından əldə edilən məlumata görə Luvilərin 8 min il bundan öncə Anadoluda tünc dövrünü yaratdıqlarını söyləyir və bu fikir doktor Bilgə Ömər tərəfindən dəstəklənir.

Luvilər haqqında ikinci nəzəriyyəni isveçli arxeoloq, doktor Eberhard Zangger irəli sürür. O, uzun müddət Qərbi Kiçik Asiyanın Dəniz xalqları haqqında tədqiqat aparmışdır, bu mövzuda 30 a yaxın kitabı var. Onun nəzəriyyəsi iki komponendən ibarətdir. Birincisi, Kiçik Asiyanın qərbində indiyədək aşkar edilməmiş 400-dən çox Son Tunc dövrü yaşayış məskəninin olması (bunlar birlikdə bütöv bir sivilizasiyanı təşkil edirlər), ikincisi isə Dəniz xalqları deyilənlərin bu bölgədən yaranmış ola biləcəyi fikridir. Eyni zamanda ingilis arxeoloq Ceyms Mellaart da bu mövzu ilə məşğul olmuşdur. E.Zangger və J.Mellaart onlarla digər tədqiqatçı kimi, müstəqil olaraq Dəniz xalqlarının Qərbi Kiçik Asiyada yaranmış ola biləcəyini araşdırdılar. E. Zangger bu xalqları luvilər hesab edir və onları truvalıların (troyalıların) əcdadı hesab edir. O, Afyonda bir tarlada tapılmış daş üzərindəki yazıları oxuyaraq bu qənaətə gəlmişdir. 1878 ci ildə kəndlilər tarlada işləyərkən uzunluğu 28 m, ustündə başa düşmədikləri şəkillər və yazılar olan bir kirəc daşı tapırlar. O vaxtlarda həmin ərazidə arxeoloji qazıntı aparan fransız arxeoloq Corc Perot daşı kəndlilərdən almaq istəmiş və kəndlilər verməmişlər. O, daşın üzərindəki şəkilləri bir kağıza köçürmüş və ölkəsinə qayıtmışdır. Kəndlilər isə bu daşı kənddə tikilən məscidin bünövrəsində tikinti zamanı istifadə etmişlər.

Bu yazı tam 134 il sonra 2012 ci ildə ingilis qədim dövr tarixçisi Jamas Mellaartın ölümündən sonra onun arxivindən tapılmışdır. Tarixçinin oğlu yazının surətini doktor Eberhard Zanggerə vermişdir. Doktor İsveçdən və Niderlanddan olan 30 nəfər elm adamıyla bu yazını araşdırmağa başlayır. Antik yazının 3200 il bundan əvvəl yazıldığı məlum olur. Yazıda Anadoluda yaşayan bir xalqın Şərqi Ağ dənizdə donanma quraraq hititlərə qarşı necə vuruşduqlarından və dəniz sahilindəki torpaqları necə fəth etdiklərindən bəhs edilir. Bu dövru izah edərkən tarixçilər dənizdən gələn bir xalqın hücumlarından Anadoluda olan krallıqlların cökdüyünü qeyd edirlər. İndiyə qədər avropalılar bu dəniz xalqlarını troyalılar hesab edirdilər. Buna əsaslanaraq E.Zangger troyalıların əslində luviyalılar olduğunu söyləyir, onların bir krallıq deyil onlarca krallıq yaratdıqlarını və iddia edildiyindən 100 dəfə geniş ərazilərə yayıldıqlarını söyləyir. Bundan əlavə, mətndə o zaman bu krallığın Misiri də fəth etdiyi bildirilir. O, əlavə edir ki, Troyada Qara- Menderes çayının sel düzənliyində 5-6 metr, Anadolunun bəzi yerlərində isə 10 metr dərinlikdə qazıntı işlərinə icazə verilərsə, tezislərini təsdiqləyə bilər.

2016 cı ilin may ayında Eberhard Zangger Kiçik Asiyada Orta və Son Tunc dövrü yaşayış məskənlərinin tarixinə dair fikirlər təqdim edən 292 səhifəlik "Luwian Civilization - The Lost Link in the Egean Bronze Age"-"Luvi Sivilizasiyası - Egey Tunc Dövrünün İtirilmiş Halqası" kitabını nəşr etdirdi. Alimin əsərini araşdırmaq üçün Luvi Tədqiqatları Fondu yaradıldı. 2017 ci ilin noyabr ayında Luvi Tədqiqatları Fondunun direktorlar şurası Ceyms Mellaartın irsinə aid sənədlərin tədqiqi və nəşrinə dəstək vermək qərarına gəldi. Bu məqsədlə 2018-ci ilin fevral ayında Beynəlxalq fənlərarası alimlər qrupu tədqiqata yanaşmanı müzakirə etmək və J.Mellaartın irsindən sənədləri dərc etmək üçün Sürixdə bir araya gəldilər. Bununla belə, başlanğıcda sənədlərin həqiqi olub-olmaması ilə bağlı daha çox dəlil axtarmağa qərar verildi. 1 mart 2018 ci ildə Luwian Studies öz internet saytında Mellaartın tarixi sənədləri, bu yaxınlarda Çatalhöyükdən kəşf edilmiş divar şəkillərini və mixi yazısı olan Beyköy mətnlərini uydurma adlandırdı. "J.Mellaartın məqalələri və E.Zanggerin Luvi mədəniyyəti, Kiçik Asiyada Dəniz xalqlarının işğalları haqqındakı tezisləri bur-birindən müstəqil olaraq yarandığı üçün bir-biri ilə əlaqəsi yoxdur". Anlaşılmaz və cox absurd bir qərardır, deyilmi? Bununla da Avropa öz iç üzünü göstərmiş oldu. Aydın oldu ki, onlar türklərin tarixini düzgün araşdırmaqda maraqlı deyillər. Çünki bu araşdırma düzgün aparılsa, sivilizasiyanın, mədəniyyətin Qərbdən Şərqə deyil, Şərqdən Qərbə getdiyi aşkar olunar. Beləliklə, E.Zanggerin 30 illik araşdırması lazımsız hesab olundu və bundan 3 il sonra alim vəfat etdi.

Anadolu tarixinin yenidən yazılmalı olduğunu deyən isveçrəli geo-arxeoloq Eberhard Zanggerin sözlərinə görə: "Luvilər tarixdə öz layiqli yerlərini aldıqları zaman, bu gün Yunan sivilizasiyası üzərində qurulduğunu düşünən Avropa əslində Luvi sivilizasiyası üzərində qurulduğunu başa düşəcək."

Tarixdən o da məlumdur ki, fərqli zamanlarında və fərqli məkanlarda eyni bir tayfa (xalq) özləri və qonşuları tərəfindən fərqli adlarla adlandırılmışlar. Bu konteksdə Anadoluda yaşayan qədim türk tayfalarının iskit, alban, etrusk, pelasq, illir və s. adlandırılmasında qeyri-adi heç nə yoxdur. Bununla əlaqədar türkiyəli prof. Dr. Hilmi Özden "Şərqi Avropa və Balkan Dilləri" məqaləsində yazır: "Albaniya, Kosovo və ətraf ərazilərdə yaşayan albanların dili pelasq (plaşgi), etrusk və iskit dilləri ilə izah olunur. Pelasqlar, etrusklar və iskitlər bir-biri ilə qohum olan prototürk tayfalarıdır. Məlum olduğu kimi, albanlar Balkan yarımadasının ən qədim avtoxton sakinləridir. Avropaya ilk əkinçilik, məişət, dəmir və tunc sənətini gətirən və onu inkişaf etdirən onlar olmuşlar. Onların ilk vətəni indiki Azərbaycan, Şimali Qafqaz və Qara dəniz hövzəsidir. Böyük Hun hökmdarı Atillanın dövründə plaşgi türkləri arasında Qara dəniz hövzəsindən indiki Albaniyaya köçlər baş vermişdir. Bundan 7-8 əsr sonra əski alban türkləri plaşqi və alban adları ilə tarix səhnəsinə çıxmışlar. Alban türklərinin tarixdə keçdikləri dəyişiklik və çevrilmələr bu cür baş vermişdir; e.ə. VIII-V əsrlər arasında indiki Azərbaycanda onları alban, e.ə. V - eramızın V əsrləri arasındakı dövrdə indiki Qara dəniz hövzəsində onları plaşgi, laz və menqrel, V-XIX əsrlər arasında indiki Albaniya, Makedoniya, İpros və Kosovo bölgəsində isə onları arnavut, geqa və toska adlandırmışlar. Bu gün Qara dənizin Pazar qəsəbəsi və ətraflarında yaşayan laz türkü ilə Kosovo və Tirana bölgəsindəki bir albanın fizionomiyası, folkloru, adət və ənənələri arasında üzərindən əsrlər keçməsinə baxmayaraq zərrə qədər fərq yoxdur. Hətta iqlim təsirləri də bu iki türk etnik elementi arasındakı oxşarlıq və həmrəyliyi tam aradan qaldıra bilməmışdir. Bu gün Albaniyanın bəzi yerlərində 150-200 min alban laz ləhcəsində danışır".

Qurban Qurbanov 

Paralel.az 

0.015698909759521