Yüksək vəzifə verilən Qurbanov kimdir? - DOSYE

Yüksək vəzifə verilən Qurbanov kimdir? - DOSYE
 

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktoru Şahmar Hüseynov vəzifəsindən azad edilib. Onu bu vəzifədə Əli Qurbanov əvəz edib.

Ə.Qurbanovun dosyesini təqdim edir:

Əli Qurban oğlu Qurbanov 1991-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu “Neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi” ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 1991-ci ildə “28 May” adına Neft Qaz Çıxarma İdarəsində 4-cü dərəcəli neft qaz çıxarma operatoru kimi başlayıb və 1998-ci ilə qədər həmin idarədə özül rəisi vəzifəsinə qədər yüksəlib. 1998-ci ildən başlayaraq bp şirkətində fəaliyyətini davam etdirib, 2011-ci ilə qədər Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və Azərbaycanda müxtəlif layihələrdə çalışıb.

2011-ci ildən başlayaraq SOCAR-ın baş ofisində neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidentin neft-qaz hasilatı üzrə müavini vəzifəsində fəaliyyət göstərib.

Ə.Qurbanov bundan əvvəl Onun əvəzinə “Umid Babək Əməliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru kimi çalışıb.

Qeyd edək ki, Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliyə rəhbərlik edirdi.

 

0.045769929885864