Zaxarova Ermənistan barədə: “Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir” - VİDEO

Zaxarova Ermənistan barədə: “Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir” - VİDEO
 

“Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NEWS.ru-nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib.

Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanır.

Zaxarovanın sözlərinə görə, Qərb Ermənistan kimi ölkələrə iqtisadi, sosial və digər layihələrlə nüfuz edərək onların “qanını sovurur, əsrlərdən gələn adət-ənənələri, yaşam tərzini dəyişir”.

XİN rəsmisi vurğulayıb ki, Qərbin fəaliyyəti heç də onun nüfuz etdiyi ölkənin maraqlarına xidmət etmir, əhalinin rifahına səbəb olmur.

 

0.017707109451294