Bu şəhərdə evlər 1 dollara satılacaq

Bu şəhərdə evlər 1 dollara satılacaq
 

ABŞ-ın Merilend ştatının Baltimor şəhərinin bəzi məhəllələrində atılmış evlər şəhər sakinlərinə hər biri 1 dollardan başlayan qiymətlərlə satılacaq.

"Ölkə.Az" xarici mediaya istinadən xəbər verir ki, layihənin məqsədi problemli məhəllələrin canlandırılması ilə bağlıdır. Belə ki, Merilend ştatında bəzi məhəllələrdə boş evlərin çoxalması cinayət nisbətinin artmasına səbəb olub. Baltimorda isə təqribən 15 min tərk edilmiş evin qeyd edilir.

Sözügedən 1 dollarlıq ev layihəsinə bələdiyyələrə məxsus təxminən 200 yaşayış evi daxildir. Mülklər evlərini təmir etməyi və orada yaşamağı öhdəsinə götürən Baltimor sakinlərinə satılacaq.

Şəhər tikinti krediti üçün əvvəlcədən müraciət etmiş insanlara 50 min dollarlıq bərpa qrantı təklif edir.

0.04026198387146