Gəlmədim...
Neçə ildir qaranquş gözümə dəymir...

Gəlmədim...Neçə ildir qaranquş gözümə dəymir...
 

GƏIMƏDİN
...neçə ildir qaranquş gözümə dəymir

Sən baharın elçisiydin hər zaman
Bu nizamı özü qoyub Yaradan.
Bəs nə üçün tərs gəlibdir bu dövran;
Bitdi , getdi ömrü qışın , gəlmədin.
Harda qaldın qaranquşum, gəlmədin!?

Hər könüldə , gözdə sənin yerin var,
Adına çox nəğmə deyər uşaqlar.
Sənsiz necə kədərlidir bu bahar,
Gündə tökür hey göz yaşın, gəlmədin.
Harda qaldın qaranquşum , gəlmədin ?!

Novruz oldu, göyəribdir səməni
Çiskin , duman gəzir dağı , çəməni..
Həsrət qaldıq , eşitmədik nəğməni..
Səni kimdən, de,soruşum, gəlmədin.
Harda qaldın qaranquşum, gəlmədin.?!

Azalıbdır bu dünyanın səfası,
Gedib keyfi , qalıb ancaq cəfası..
Sınaqdadır sevənlərin vəfası,
Sürür dünya öz savaşın, gəlmədin.
Harda qaldın qaranquşum, gəlmədin.?!

Uşaqlığım əcəb keçdi bəxtəvər,
Cəh- cəhinlə oyanardım hər səhər..
Səni indi məndən sorur nəvələr,
Nə söyləyim , nə danışım , gəlmədin.!
Harda qaldın qaranquşum , gəlmədin?!

Uzaq - uzaq yollar səni yordumu ?
Nakam qaldın , bəxtin üzə durdumu?!
Darıxıram sənsiz görüb yurdumu ..
Sorağına necə düşüm , gəlmədin..
Harda qaldın qaranquşum , gəlmədin.

Novruz gəldi, gəlir daha yaz- dedi,
Amma durna , qaranquşdan az dedi..
Doluxsundum , ürək mənə, yaz- dedi.
Qoy adına nəğmə qoşum, gəlmədin.
Harda qaldın Qaranquşum , gəlmədin !?

Müəllif: Şahlar Hacıyev 

0.026424884796143