Kimdir günahkar?

Kimdir günahkar?
 

Moskvada gecə baş verən terakt nəticəsində 100-ə yaxın adam (93 nəfər) həlak olmuş, 200-ə yaxın adam (183 nəfər) yaralanmışdır. Amerika xüsusi kəşfiyyat idarəsi gözlənilən terror haqqında günlər öncəsi xəbərdarlıq etmişdi. O vaxt rus mediası və rəsmiləri ABŞ-ı və Qərbi yalan informasiyalar yaydığına görə yekəxanalıqla, saymazyana ələ salmış, lağa qoymuşdu. Bu gün isə deyirlər ki, “onlar” bunu haradan bilirdi, niyə bizim rəsmilərə deməmişdi? Ay rus, bəyəm sən soruşdun ki, “onlar” da demədi?
Bu heç, “onlar” da, “bunlar” da özləri bilərlər.
Çoxlu suallar meydana çıxır:
-Daim “ayıq” olan Moskva kameraları silahlıları niyə qeydə almayıb?
-İki-üç nəfər “qafqaz” və ya “ortaasiya” simalı adamı bir yerdə görəndə sorğu-suala tutan rus milisi hara baxırdı?
-Bir dəstə konfulyajlı adamın arın-arxayın “hadisə yerinə” yaxınlaşması ən azından FSB-nin diqqətindən nə əcəb yayınıb?
-Terror “sifarişçilərinin” ünvanının tez-tez dəyişdirilməsi nə ilə bağlıdır?
-Niyə məhz altı min nəfərlik konsert salonu, bəyəm daha geniş “auditoriya” seçilə bilməzdimi?
-Bu, tezliklə nəyinsə baş verəcəyinə bir “hazırlıq” deyil ki?
Suallar çoxdur. Yəqin ki, sizin də güman etdiyiniz nələrsə və ya nəsnələr də vardır.
Nə yaxşı ki, bu dəfə “Qafqazəsillilər” hədəfə alınmadı. İndi şübhəlilər taciklərdir...
Və nəhayət. Adi məntiqlə belə, bilmək olar ki, müharibə aparan dövlətlərdə hər an terrorun baş verməsi gözləniləndir. Bunu bilmək üçün kəşfiyyat idarəsinin proqnozuna ehtiyac yoxdur.

Firuz Mustafa 

Paralel.az 

0.037821054458618