Xoşbəxtlik indeksi və biz... - İqtisadi Təhlil İnstitunun rəhbəri
Məmməd Talıblı yazır :
Hər Hesabat çeşidli fəaliyyətlərin ümumiləşdirilmiş tendensiyasını ifadə edir. Dünya biri-birini həmin hesabatlardan tanıyır.
Onu reytinqlərdən və indikatorlardan oxuyur. Bizi necə tanıyırlar və ya biz necə görünürük sualına bu dəfə xoşbəxtlik pəncərəsindən baxmağa çalışaq.
Ötən günlərdə “Dünyanın ən xoşbəxt ölkələri 2024" (World Happiness Report 2024) hesabatı açıqlandı. “Dünya Xoşbəxtlik Hesabatı” 2012-ci ildən BMT Baş Assambleyasının təşəbbüsü ilə dərc olunur. Reytinq 143 ölkə arasında aparılmışdır.
Reytinq sıralamasında birinci yerdə Finlandiya gəlir. Məlumat üçün bildirim ki, bu Finlandiyanın artıq 7 il ardıcıl olaraq öz liderliyini qoruyub-saxlaya bilir. Finlandiya ilə yanaşı bu reytinqin ilk 10-da Skandinaviya ölkələri – Danimarka, İslandiya, İsveç yer alır. Reytinqin sonuncu yerində Əfqanıstan qərarlaşıb.
Bizimlə oxşar pillələri aşağıdakı ölkələr bölüşüb:, İran, Nigeriya Ukrayna, Türkiyə. Qardaş Türkiyədə 98-ci yerdə alması da təəcüblü deyil. Hesabatın təhlillərinə görə qardaş ölkədə gənclərin yaşılara nisbətdə daha xoşbəxt olmadıqları meydana çıxıb.
Azərbaycanın yeri haradadır sualı bu yazını oxuyan hər bir azərbaycanlını düşüdürür. Əzizlərim, Cənubi Qafqaz ölkələrinın coğrafiyasında isə vəziyyət belədir: Ermənistan 82-ci, Gürcüstan 91-ci və Azərbaycan isə 101-ci.
Ölkəmizin yeri, mövqeyi, səbəblər və gözləntilər haqqında sabah daha geniş yazacam...
(Ardı var)
Paralel.az