Bu ölkənin prezidenti istefa verdi

Bu ölkənin prezidenti istefa verdi
 

Vyetnam Prezidenti Vo Van Txıonq istefa verib.

Paralel.az xəbər verir ki, "Vietnam News" saytı Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsi məsələ ilə bağlı bəyanat verdiyini yazıb. 

Bəyanatda Txıonqun partiyanın müddəalarını pozduğu və bu vəziyyətin mənfi ictimai rəyə səbəb olduğu, partiyanın, ölkənin və Txıonqun nüfuzuna təsir etdiyi bildirilib.

Txıonqun könüllü istefa verdiyi açıqlanıb.

 

 

0.019613027572632