Milanda Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti fəaliyyət göstərib

Milanda Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti fəaliyyət göstərib
 

İtaliyanın Milan şəhəri və ətraf bölgələrdə yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti fəaliyyət göstərib.

Paralel.az “Report”a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfirliyi sosial şəbəkədə bildirib.

“Novruz bayramı öncəsi Azərbaycanın İtaliyadakı Səfirliyi tərəfindən İtaliyanın Milan şəhəri və ətraf bölgələrdə yaşayan vətəndaşlarımız üçün səyyar konsulluq xidməti həyata keçirilib, onları maraqlandıran suallar cavablandırılıb”, – səfirlik diqqətə çatdırıb.

 

0.015653133392334