Fransız əsgərlər bu ərazilərə yerləşdiriləcək

Fransız əsgərlər bu ərazilərə yerləşdiriləcək
 

Fransa Silahlı Qüvvələrinin istefada olan polkovniki Vincent Arbaretier hesab edir ki, Ukraynaya göndərilə biləcək fransız əsgərləri Dnepr boyunca və ya Kiyev ətrafında yerləşdiriləcək .

Paralel.az xəbər verir ki, o, bu barədə LCI telekanalının efirində bildirib .

"İki variant mümkündür: Dnepr boyunca və Kiyev ətrafında. Onları qarışdırmaq olar ki, ruslar daha da irəli gedə bilməsinlər, əks halda atəşimizin altına düşmək riski var", - Arbaretier bildirib.

O, iddia edir ki, fransız əsgərlərinin Ukraynada yerləşdirilməsi Rusiyaya qarşı təxribata çevrilməyəcək, lakin Moskvanı danışıqlara məcbur etməlidir.

Arbaretierin fikrincə, beləliklə, Fransa nüvə dövləti kimi “Avropanın qorunmasında öz rolunu” yerinə yetirəcək.

"YouTube" kanalında yayımlanan süjetə şərhlərdə izləyicilərin əksəriyyəti Fransa qoşunlarının Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya göndərilməsi ideyasının qəti əleyhinədir.(Publika.az)

 

0.015466928482056