NATO çətin ki, Qafqazda sabitlik yaratsın - Peskov

NATO çətin ki, Qafqazda sabitlik yaratsın - Peskov
 

NATO-nun təsir imkanlarını genişləndirmək cəhdləri çətin ki, Qafqazda sabitlik yaranmasına xidmət etsin.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov NATO baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz ölkələrinə səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, NATO-nun təsirini genişləndirmək cəhdləri Şimali Qafqaza sabitlik vəd etmir.

“Biz NATO-nun Şimali Qafqazda mövcudluğunu möhkəmləndirmək istəyini yaxşı bilirik. Çılpaq gözlə görünür. Həmçinin belə bir anlayış var ki, NATO-nun təsirini genişləndirmək cəhdləri çətin ki, Şimali Qafqazda sabitliyi artırsın. Bu təmaslar Qafqaz dövlətlərinin suveren hüququdur. Biz yaxından izləyirik və əsas diqqəti ikitərəfli münasibətlərimizə və tərəfimizin malik olduğu əməkdaşlıq alətlərinə yönəltmək niyyətindəyik”, - Peskov bildirib.

Mürtəza
Ölkə.Az

 

0.026889085769653