Nazirlər Kabineti sahibkarlıqla bağlı bəzi qərarlarını dəyişdi

Nazirlər Kabineti sahibkarlıqla bağlı bəzi qərarlarını dəyişdi
 

Nazirlər Kabineti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 9 iyun 2023-cü il tarixli qanunun icrası ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”na aşağıdakı əlavələr edilib:

- səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxsi (şəxsləri) xüsusi icazənin sahibi olan sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə öz xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməlidir.

- xüsusi icazə sahibləri olan sahibkarlar barəsində yoxlamanın aparılması zamanı yoxlama tədbirlərini həyata keçirən müvafiq dövlət orqanlarının vəzifəli şəxsləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 4-2.2-ci maddəsində nəzərdə tutulan qadağalara riayət etməlidirlər.

- xüsusi icazə sahibləri olan sahibkarlar barəsində yoxlamanın aparılması zamanı yoxlama tədbirlərini həyata keçirən müvafiq dövlət orqanlarının vəzifəli şəxsləri və sahibkarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqları həyata keçirir və vəzifələri yerinə yetirirlər.

 

0.045946836471558