Qarabağ erməniləri ilə bağlı MÜƏMMA: Haradadırlar?

Qarabağ erməniləri ilə bağlı MÜƏMMA: Haradadırlar?
 

Ermənistanı tərk edən Qarabağda qeydiyyatda olan ermənilərdən 7825-i geri qayıtmayıb. 

Paralel.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu, rəsmi məlumatdır, amma qeyri-rəsmi məlumata görə bu say daha çoxdur.

Nəşrin yazdığına 2023-cü ilin sentyabrından 2024-cü il martın 4-dək Qarabağ qeydiyyatında olan 13 619 vətəndaş Ermənistanı tərk edib, onlardan yalnız 5 794-ü geri qayıdıb.

Məlumatda o da qeyd olunur ki, 101 848 Qarabağdan köçən erməni Ermənistanda qeydiyyatdadır.  Hökumətin məlumatına görə, Ermənistanda 8277 qarabağlı ailəsinin mənzili var.

 

 

0.013154029846191