KXDR Yapon dənizinə ballistik raket atıb

KXDR Yapon dənizinə ballistik raket atıb
 

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket buraxıb.

Paralel.az “Report”un məlumatına istinadla xəbər verir ki, bu barədə “Yonhap” agentliyi xəbər yayıb.

“Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb”, - agentlik Cənubi Koreya Hərbi Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadən xəbər yayıb.

Hələlik təfərrüatlar açıqlanmır.

Öz növbəsində Yaponiya Müdafiə Nazirliyi də ballistik raketin Şimali Koreyadan buraxılma ehtimalını bəyan edib. Yaponiyanın sahil mühafizəsi bazar ertəsi saat 07:54-də (Bakı vaxtı ilə saat 02:54) elan edib ki, ehtimal olunan ballistik raket artıq yerə düşüb.

Bu, Şimali Koreyanın cari ildə ikinci ballistik raket buraxılışıdır. Bundan əvvəl Şimali Koreya yanvarın 14-də raket buraxıb.

0.097048044204712