Ukrayna ordusu tükənib, buna məcburdur - Kirbi

Ukrayna ordusu tükənib, buna məcburdur - Kirbi
 

Ukrayna ordusunun silahı tükəndiyindən geri çəkilmək məcburiyyətində qalıb.

Paralel.az xəbər verir ki, bunu ABC-yə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Onların (ukraynalıların - red.) Donbasda döyüş sursatı tükənir və ruslar qərbə doğru irəliləməyə davam etdiyi üçün indi ikinci və üçüncü müdafiə xəttinə çəkilirlər. Onların dəstəyə ehtiyacı var, bizim də indi buna ehtiyacımız var”, - Kirbi bildirib.

Kirbi Kiyevə hərbi yardım göstərilməsi və Ukraynaya yardım ötürməklə ABŞ-nin özünün milli təhlükəsizliyindən narahat olub-olmaması ilə bağlı sualı da cavablandırıb.

“Əlbəttə, müharibə başlayandan bəri təqdim etdiyimiz hər bir paket öz milli təhlükəsizliyimizə zərər verməyəcəyəcək. Biz daha çox  silah verdik və ehtiyatlarımız tükəndikcə, ehtiyatları artırmaq üçün müdafiə sənayesi ilə işləmək üçün əlimizdən gələni etdik
Beləliklə, bəli, bu narahatlıq doğurur. Biz hələ o həddə çatmamışıq ki, öz milli təhlükəsizliyimiz və öz əməliyyat planlarımız risk altında olsun”, - Kirbi qeyd edib.

Mürtəza
Ölkə.Az

 

0.013265132904053