İntihar...
Suisid və məşhurlar...
Tanınmış aktyorun intiharının səbəbi nə idi?..

İntihar...Suisid və məşhurlar...Tanınmış aktyorun intiharının səbəbi nə idi?..
 

İntihar...
Suisid və məşhurlar...
Tanınmış aktyorun intiharının səbəbi nə idi?..

Zavodda fəhlə işləyərkən, Universitetdə tələbə olarkən, Uzaq Şərqdə əsgəri xidmət zamanı, EA-nın aspiranturasında təhsil alarkən və çalışarkən, habelə orta və ali məktəblərdə dərs deyərkən ... şəxsən tanıdığım bir çox adamın intihar etdiyini görmüşəm. Yəni bu məsələ barədə qismən də olsa məlumatlıyam. Əvvəllər, yəni Sovetlər dönəmində çox vaxt “gizli” saxlanılan bu informasiyalar indi daha çox sosiallaşıb.
İntiharı (buna suisid də deyirlər) doğuran əsas səbəb nədir? Səbəblər N qədərdir.
İnsanlar əsasən neçə yaşda intihar edirlər? Körpəlik illərini çıxmaqla, az qala bütün yaş dövrlərində.
Vaxtilə işlədiyim elmi-tədqiqat institutunda (Fəlsəfə və Hüquq institunda) birgə çalışdığımız şən, nikbin, zarafatcıl dostumuz Çingiz Şərifovun ölümünü yaxşı xatırlayıram. Geniş auditoriya onu aktyor kimi daha yaxşı tanıyır. Çingiz bir zamanlar kinosevərlər arasında "Aşkarsızlıq şəraitində", "Özgə ömür", "Şahid qız", "Zirzəmi" filmlərindəki maraqlı rolları ilə məşhurlaşməşdı. O, 1990-cı ilin son günü- dekabrın 31 intihar etmişdi.
İntiharlar ən çox depressiyalardan doğur.
Bəs depressiyalara aparan yol haradan başlayır? Yenə silsilə arqumentlər üzə çıxır.
Amma orası məlumdur ki, depressiyalara daha çox narkotika və alkol qəbulu səbəb olur.
Bu barədə düşünmək lazımdır.
Son illərdə yaradıcı adamlar arasında intihar edənlərin sayı daha çoxdur. Bunun da səbəbini araşdırmaq gərəkdir. Bəzən deyirlər ki, yalnız kasıblar intihar edir. Zənnimcə düz demirlər. Axı öz həyatına əl qaldıran insanlar arasında kasıblar da olub, zənginlər də.
Bəzən onu da deyirlər ki, yalnız iradəsiz adamlar öz həyatlarına qıyia bilər. Bu da düz qənaət deyil. Zira intihar edənlər arasında çox iradəli isimlər də olub.
Ədəbiyyata gələn və ya gəlməkdə olan bir çox gənc yazarların özlərini bənzətmək istədikləri Sergey Yesenin, Mayakovski, Cek London, Heminquey, Xanter Tompson... və digərləri də intihar ediblər.
Yeri gəlmişkən, Qriqori Çxartişvili (hamımızın məşhur yazıçı kimi tanıdığımız Boris Akunin) özünün ikicildlik “Yazıçı və intihar” əsərində suisid ilə bir sıra məsələlərə işıq salmışdır. (Bax: Писатель и самоубийство. - М.: Новое литературное обозрение, 2000. - 576 с.)
İntihar fərdi hal deyil, bu, sosial məsələdir.
16.03.2015
Firuz Mustafa 

Paralel.az 

0.010479927062988