"Oxumasam, acından ölərik"

 

"Mən oxumasam, özüm və ailəm acından ölərik. İşığımız, qazımız, suyumuz gəlməz. Axşamlar şou-proqramlara gedirəm və oxuya-oxuya içim "qan" ağlayır. İçimdə deyirəm ki, mənim burada nə işim var? Çünki mənim yerim bura deyil".

"Ölkə.az" xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Həftənin qonağı" verilişində deyib:

"Gözəl xalqımız məni sevir. Şou-proqramlarda çıxış etməyi də çox gözəl bacarıram. Amma mən "itirirəm. Sırf qazanc üçün oxuyuram. Mənim səsim Ledi Qaqadan qat-qat çoxdur. Onda sadəcə imicdir. Həm də bəstəkarlığı yoxdur. Səsimə konsertimdə qulaq asın, görün hara çatır. Bəzi səs rejissorları cinayətkarlardır. 2-3 ton aşağı oxuyanları elə duzəldir ki...".

 

0.044404983520508