Bu ölkədə güclü zəlzələ baş verib

Bu ölkədə güclü zəlzələ baş verib
 

Yaponiyanın Honsyu adasında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Paralel.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Fukusimadan 12 km şimal-qərbdə olub.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,8 bal qiymətləndirib. Amerikalı seysmoloqların fikrincə, onun mənbəyi 47,6 km dərinlikdə yerləşib.

 

0.015813112258911