Təhsil müzakirələri zəruridir - Dos. lham Əhmədov

Təhsil müzakirələri zəruridir - Dos. lham Əhmədov
 

"Gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır." (Prezident İlham Əliyev).

Gələcək inkişaf daha çox ölkədəki təhsilin durumundan asılıdır. Çünki, xalqın və dövlətin gələcəyi bu sahədə həll edilir. Diskussiyaların da önəmli hissəsi məhz bu sektorda olmalıdır. Təəssüf ki, biz hələ də keyfiyyətli elm və təhsil siyasəti, onun səmərəli maliyyələşmə mexanizmini qura bilməmişik, bu sahəsdə söz deyə, təklif verə bilən insanları problemlərin həllinə səfərbər edə bilməmişik. Təhsilə dair diskussiyalar məhz bu istiqamətdə olmalıdır. Təəssüf ki, bu mövzularda nə diskussiyalar var, nə də fərqli fikirləri, tənqidi mülahizələri dinləmək, reallığı təhlil etmək, nəticə çıxarmaq, inkişafa nail olmaq istəyi var.
Təşəbbüslərə geniş meydan verilməlidir, təhsilə dair ideyalar bankı yaradılmalıdır, bu məqsədlə xüsusi beyin mərkəzləri yaradılmalıdır. Bu ideyalar təhlil edilməli, nəticələr praktik tətbiq edilməlidir. Amma belə istək və təşəbbüslər nəinki adi vətəndaşlarda, bir çox hallarda bu sahəyə məsul məmurlarda da yoxdur. Çünki, onların əksəriyyəti açıq müzkirələrə hazır deyillər, öz işlərinə görə ictimaiyyətə hesabat verə bilmirlər. Bu yaxında bir tədbirdə orta təhsilin problemlərinin həllinə dair qısa çıxış etdim və məmurlara 3 konkret təklif (ideya) verdim. Xeyli vaxt keçməsinə baxmayaraq heç bir reaksiya yoxdur. Yəqin ki, olmayacaq da. Çünki, son 25 ildə müxtəlif kanallarla (məqalə, müsahibə və canlı təmas) 100-lərlə belə təkliflər vermişik. Heç biri də nəzərə alınmayıb. Belə çıxır ki, məmurlar təhsilin inkişafında, problemlərin həllində maraqlı deyillər, ya da verilən təklifləri qiymətləndirməyə potensialları çatmır.
Amma iş görüntüsü yaratmaq üçün tez-tez əhəmiyyətsiz tədbirlər-forumlar, qurultaylar, dəyirmi masalar keçirdirlər, bunların isə nəticə etibarı ilə mövcud problemlərin həllinə təsiri olmur.
Bu halda inkişaf necə ola bilər? Bütün bu proseslər qurulmalı, təşkil edilməli və nəticəli olmalıdır.

Paralel.az 

0.019299983978271