Bu sahədə işləyənlər 3 mindən çox maaş alır
2024-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 10,1 faiz artaraq 942,4 manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3386,8 manat, qeyri neft-qaz sektorunda 896,2 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 896,8 manat, özəl müəssisələrdə isə 993,0 manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Rəsmi məlumata görə, 2024-cü ilin yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artıb.
Bildirilib ki, gəlirlər 11190,3 milyon manat və ya hər nəfərə orta hesabla 1098,8 manat olub.
Əhalinin sərəncamında qalan gəlirləri 9644,7 milyon manat təşkil edib.