Hüququn bitdiyi yerdə diktatorluq başlar! - Məmməd Talıblı yazır...
Əslində Rusiya adında dövlət vardır deməkdə yarımçıq gerçəklikdir. “Putinizm var” demək daha dəqiq təsbitdir. “Dövlət mənəm” prinsipi də onun həyat mənasını ifadə edir.
İki il öncə bu kitabı oxuyandan sonra Rusiya adında dövlətin içinin nə qədər iyləndiyini aydın sürətdə dərk etmək olur. Kitab norveçli bir müəllif tərəfindən qeydə alınıb. Rusiya da XXI əsrin əvvəllərindən baş verənləri çox yaxından izləyə və araşdıra bilib.
Putinin “diktator, yoxsa xilaskar” dillemasını çox aydın sürətdə aça bilib. Norveçli araşdırmaçı-jurnalist Bernhard Möhr təhsil alıb.
Sonra bu ölkənin araşdırması zamanı bu sualın cavabını müxtəlif aspektlərdən tapmağa çalışıb: “Bütün bu olanlardan sonra ruslar hələ də niyə Putinə səs veri”?
Naftalin iyi vermiş Sovet iqtisadiyyatından başlamış KQB şinelindən çıxmış siyasi nomenklaturaya qədər hər şeyi öz adı ilə çağra bilib, yazmağa müvəffəq olub. Putinin karyera yüksəlişindən başlamış onun şirkətləri öz ətrafında necə cəmləşdirməsinə qədər mürəkkəb kombinasiyaları açıqlayır.
Araşdırmaçı Rusiya dövlətinin gizlinlərini və cəmiyyətin sosial psixologiyasını çox dəqiqliklə öyrənib və onları ustalıqla qələmə ala bilib.
Orada yazılanlar hansısa informasiya vasitələrində olmadığı üçün həmin məlumatların dəqiqliyi və onlar haqqında düşündürücü mülahizələr Putinizmi daha yaxından tanımağa yardımçı olur.
Bu siyasi texnologiyaları biləndən sonra Navalninin siyasi qətli adama “məntiqi” sonluq kimi gəlir.
Ölkənin Putindən qabiliyyətli işıqlı siyasi müxalifətinin təmsilçilərini belə aradan çıxarır. Nemtsov kimi xarizmatik bir siyasətçini fiziki məhv etdi. Navalnı kimi prinsipial bir hərəkat rəhbərini həbs edib, uzun illər həbsdə saxlayandan sonra onu da eyni aqibətlə məhv etdi.
Diktatorlar bütün dövrlərdə qorxuludurlar. İstər neft pulları olan da, istərsə də postneft dövründə. İstər neft-qaz gəlirləri fantan vuranda, istərsə də resurslar özünün qürub dövrün yaşayan da...
Hüququn bitdiyi yerdə diktatorluq başlar!
Paralel.az