"Qarabağ"ın qapıçısı Lunyov Rusiya millisinin   heyətinə daxil edilib

 

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya millisinin iki yoldaşlıq oyunu üçün yekun heyətinə çağırılıb.

Paralel.az "Report"un yerli mətbuata istinadən məlumatına əsasən xəbər verir ki, 32 yaşlı qolkiper 28 oyunçudan ibarət siyahıya daxil edilib.

Yığmanın təlim-məşq toplanışı 14-15 martda olacaq. Komanda martın 21-də Serbiya, 25-də isə Paraqvayla üz-üzə gələcək. Hər iki görüş paytaxt Moskvada gerçəkləşəcək.

Qeyd edək ki, martın 1-də açıqlanan yekun heyətdə 38 futbolçu yer alıb.

0.035659074783325