Məşqçi meydançaya girdi, futbolçunu başı ilə vurdu - VİDEO

Məşqçi meydançaya girdi, futbolçunu başı ilə vurdu - VİDEO
 

İtaliya A Seriyasında aşağı liqaya düşməyə çox yaxın olan "Leççe” və "Verona” matçının sonunda meydanda qalmaqal yaşanıb. 

Qaynarinfo-nun məlumatına görə, final fitindən sonra meydançaya qaçan "Leççe”nin baş məşqçisi Roberto Daversa "Verona"nın hücumçusu Tomas Anriyə başı ilə zərbə endirib. Hadisədən sonra dava düşüb və hakim məşqçi və futbolçuya qırmızı vərəqə göstərib. Həmin anların videogörüntüsü sosial şəbəkədə böyük marağa səbəb olub. 

Oyundan sonra Roberto Daversa açıqlamasında, "Matçın son dəqiqələrində bəzi təxribatlarla həyəcanlı bir final oldu. Sonra Aenri ilə əlaqə saxladıq. Bu hərəkəti görmək xoş deyildi, niyyətim onu ayırmaq idi. Amma o, təxribata davam etdi. Təbii ki, meydançaya elə belə girməmişdim. Oyunçunu vurmaq əvvəlcədən planlaşdırılmış bir şey deyildi. Artıq "Verona”nın məşqçiləri ilə danışmışam. Buna görə üzr istəyirəm".

"Leççe”dən verilən açılqmada məşqçinin hərəkəti pislənib və onun oyundan sonra Anri ilə telefonla danışdığı və futbolçudan üzr istədiyi bildirilib.

İtaliya A Seriyasının 28-ci turunda baş tutan görüş "Verona”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

0.08220911026001