Alveşin intihar xəbəri yayıldı
“Barselona”nın və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alveşin nümayəndələri futbolçunun intihar etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Qol.az “TNT Sports”a istinadən xəbər verir ki, nümayəndələr bildirib: “Dani Alveşin mətbuat nümayəndələri oyunçunun vəkili ilə əlaqə saxladıqdan sonra son şayiələri təkzib etdi”.
Xatırladaq ki, ötən ilin yanvarında Alveş Barselonadakı “Sutton” gecə klubunda bir qıza təcavüz etməkdə ittiham olunub. Yanvarın 20-də keçmiş futbolçu nəzarətə götürülüb. Daha sonra Alveş 4,5 il müddətinə azadlıqdan məhrum edilib və həmçinin zərərçəkənə mənəvi təzminat olaraq 150 min avro ödəməyə məhkum edilib.
Eyni zamanda, İspaniya prokurorluğu Alveşin 4,5 ildən artıq müddətə həbs olunmalı olduğunu düşünərək məhkəmənin qərarından apellyasiya şikayəti verməyi planlaşdırırdı.
Qeyd edək ki, Dani Alveşin həbsxanada intihar etdiyi barədə iddialar yayılmışdı.