İrana ən böyük kiberhücum edildi

İrana ən böyük kiberhücum edildi
 

İranlı mütəxəssislər fevralın 28-də parlament və Ekspertlər Şurasına seçkilər ərəfəsində ölkə tarixində serverlərə ən böyük DDoS hücumunu dəf ediblər.

Paralel.az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

“Ölkə tarixində ən böyük DDoS hücumu saniyədə 136 milyon paket (və ya sorğu – red.) sürətlə baş verib və tamamilə dəf edilib”, - məlumatda deyilib.

Qeyd olunur ki, İranda seçkilərə bir neçə gün qalmış ümumilikdə 160-a yaxın DDoS hücumu dəf edilib.

 

0.015744209289551