"Kurtlar Vadisi Pusu"nun məşhur aktyoru vəfat etdi - FOTO

 

Türkiyəli məşhur aktyor Kayhan Yıldızoğlu vəfat edib.

Paralel.az Axşam.az-a istinadən bildirir ki, bu barədə aktyorun qızı Sibel Aybar məlumat yayıb. K.Yıldızoğlu bu gün 90 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, aktyor "Meleklerin aşkı", "Darısı başımıza", "Arka sokaklar", "Servet", "Kurtlar vadisi Pusu", "Evim sensin", "Selena", "Akasya durağı", "Çiçek taksi", "Adanalı", "Yabancı damat", "Cennet mahallesi", "Rabia", " Acı hayat" kimi bir çox unudulmaz ekran işində müxtəlif obrazlar canlandırıb.

O, son olaraq "Ah nerede" serialında izləyicilərin qarşısına çıxıb.

 

0.016680002212524