“Bayer”lə cavab oyunu öncəsi “Qarabağ”a xoş xəbər

“Bayer”lə cavab oyunu öncəsi “Qarabağ”a xoş xəbər
 

"Qarabağ"ın futbolçusu Olavio Juninyonun Avropa Liqasının 1/8 finalında "Bayer"lə cavab matçında meydana çıxacağı gözlənilir.

Paralel.az Qol.az-a istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi ilə ilk görüşdə sıradan çıxan hücumçunun zədəsi ciddi deyil. Baş məşqçi Qurban Qurbanovun şans verəcəyi təqdirdə forvard cavab matçında oynaya biləcək.

Qeyd edək ki, Juninyo “Bayer”lə ilk matçda 1 qol vurub və 1 qolun ötürməsini edib.

Cavab oyununda uzun müddətdir zədəli olan və son vaxtlar məşqləri bərpa edən mərkəz müdafiəçisi Kevin Medinanın da meydana çıxmaq ehtimalı var.

Həmçinin pley-offda "Braqa" ilə cavab görüşündə qırmızı vərəqə alan Elvin Cəfərquliyevin və sarı vərəqə limitini aşan Julio Romaonun da cəzası yekunlaşıb. Sözügedən futbolçular da "Bayer"lə səfər matçında meydana çıxa bilərlər.

Qeyd edək ki, "Bayer" - "Qarabağ" oyunu martın 14-də Leverkuzendə keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

 

0.018561124801636