Rusların şopinq turları üçün ən populyar şəhər - Bakıdır

Rusların şopinq turları üçün ən populyar şəhər - Bakıdır
 

Son iki ildə ruslar alış-veriş üçün xaricə getməyə başlayıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Turoperatorlar Assosiasiyasından (ATOR) məlumat verilib.

ATOR Rusiya Federasiyasından olan turistlər arasında şopinq turları üçün ən populyar ölkələr barədə açıqılama verib. Bildirilib ki, ən populyar istiqamətlərdən biri də Azərbaycandır. Bu gün Bakıda yerli brendlərin dizayner geyimlərində bum var. Bundan əlavə, Rusiyadan çıxan "Zara", "Mango", "Massimo Dutti" və digər brendlərin mağazaları Bakıda yerləşir. Azərbaycan paytaxtında iki nəfərlik 3* və 4* oteldə yerləşmə ilə 4 günlük şopinq turunun qiyməti 73 min rubldan - təxminən 1365 manardan (aviabiletlər xaric) başlayır.

Kütləvi bazar kateqoriyasındakı mallar üçün ruslar ən çox Ermənistan və Belarusa üz tuturlar. Burada "Sropp", "Reserved", "Sinsay", "Mohito", "Bershka", "Pull&Bear" mağazaları, həmçinin Avropa brendlərinin kosmetika və ətirləri tapmaq asandır.

Ekspertlər qeyd edirlər ki, bu ölkələrdə alış-verişin üstünlükləri Rusiyanın "Mir" kartı ilə ödəniş etmək imkanı və viza rejiminin olmamasıdır.

Ruslar arasında digər məşhur alış-veriş istiqamətləri arasında turoperatorlar Milanı vurğulayırlar. İtaliyanın moda paytaxtında bir həftəni 3* oteldə yerləşdirməklə keçirə və bu vaxtı iki nəfər üçün 70 min rubldan - təxminən 1309 manatdan (aviabiletlər xaric) alış-verişə həsr etmək mümkündür.

Bundan əlavə, ruslar tez-tez BƏƏ və Türkiyəyə alış-verişə gedirlər. Tur operatorları həmçinin Çin və Cənubi Koreyaya gözəllik turları üçün müraciətləri qeydə alırlar.

 

0.021397829055786