Süni intellekt dövründə distant təhsil qadağası - Dos. İlham Əhmədov
40 il əvvəl hesab ediridk ki, 20-ci əsrin ən böyük kəşfi kompüterdir. 30 il əvvəl düşündük ki, 20-ci əsrin ən böyük kəşfi İnternetdir. Bu gün isə güşünürük ki, dövrümüzün ən böyük kəşfi süni intellektin yaradılmasıdır. Süni intellekt vasitəsi ilə videoların tərcüməçisi artıq mümkündür, özü də birbaşa Youtube- dən. Süni intellect həm də yüksək dəqiqliklə tərcümə edir, özü də birbaşa canlı yayımla.
Kişi və qadın səsi də fərqli verilir. Bu əslində dil maneəsinin tam ləğvi deməkdir. Görünən odur ki, artıq əcnəbi dilləri öyrənməyə daha ehtiyac olmayacaq, istənilən dildə danışan insanı digər dillərin daşıyıcıları asanlıqla başa düşəcəkdir.
Süni intellekt proqramlarının mobil versiyaları bu xidməti daha da əlyetərli edəcəkdir. Hər bir tələbə, müəllim bu imkanlardan faydalanaraq qlobal təhsil məkanının imkanlarından faydalanacaq, xarici dillərdə mobil distant təhsil ala biləcəklər.
2008-ci ildə ADPU və Hacəttəpə universitetləri “Qloballaşma və təhsildə İKT” adlı birgə keçirdiyi beynəlxalq konfrans təşkil etmişdilər. Konfransın plenar islasında "Təhsildə qloballaşma və milli universitetlər" mövzusunda məruzə etdik. Məruzədə qeyd edilirdi ki, yaxın illərdə insanların şifahi nitqini sinxron olaraq tərcümə edən proqramlar yaranacaqdır. Bu imkan verəcək ki, bizim tələbələr əcnəbi dilləri bilməsə belə, xarici ölkələrin tanınmış universitetlərində distant təhsil alsınlar. Bu zaman həmin universitetlər təhsil haqqını çox ucuz etməklə, xaricdən milyonlarla tələbəyə distant təhsil verə biləcəklər. Bizim kimi təhsildə geri qalan ölkələrin universitetləri bu rəqabətə dözməyib, kütləvi şəkildə bağlana bilərlər.
Dünyada bu gün mövcud olan 30 min universitetdən ən yaxşı halda 300 universitet qalacaqdır. Təəssüf ki, TN və sonra da ETN bu qlobal çağırışları vaxtında düzgün qiymətləndirə bilmədi, bu proseslərə heç bir reaksiya vermədi. Beləliklə 16 il də belə boşuna itirildi. Bu 16 il ərzində TN elə zənn edirdiki, ölkədə distant təhsilə qadağalar qoymaqla, bu problemləri həll edə bilərlər. Dünyanın heç bir ölkəsinin TN bu səviyyəli problemi belə "elmi-texnoloji" yolla həll etməzdi, təhsildə qloballaşmaya qarşı belə unikal yolla mübarizə haqqında düşünməzdi. İndi bu sahədə ciddi geriliyə görə kim məsuliyyət daşıyır görəsən?
Doğrudan da "müsibət oluruq biz, səhv düşəndə yerimiz".