Dünya bazarlarında neft bahalaşıb
Martın 8-də ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,50 dollar və ya 0,60% artaraq 1 barelə görə 83.46 dollar təşkil edib.
Paralel.az-ın verdiyi məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında 2024-cü ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,60 dollar və ya 0,76% artaraq 79.53 dollara yüksəlib.