“Sea Breeze” işində hökm oxundu - Hamısı azadlığa buraxıldı
Ötən ilin yayında “Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Sabunçu rayon məhkəməsində hökm elan olunub.
Hakim Mirheydər Zeynalovun çıxardığı hökmə əsasən, Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə məhkəmə zalından azadlığa buraxılıblar. Eyni zamanda təqsirləndirilən M.Ə-yə də həbslə bağlı olmayan cəza verilib.
Məhkəmədə təqsirləndirilən şəxslərdən olan Elmir İsmayılov azadlığa çıxmasına belə reaksiya verib:
“Bir hüquqşünas kimi deyə bilərəm ki, nəhayət, haqq-ədalət yerini tapdı. Bizi dəstəkləyən, ədalətin bərpa olunması üçün köməklik göstərən ədalətli insanlara minnətdarlığımı bildirirəm. 9 ay bizimlə birlikdə olan bütün dostlara təşəkkürümü çatdırıram”.