Bu ərazidə 158 ev tikiləcək
Ağdərə rayonu, Talış kəndində 2-ci faza üzrə söküntü, şaquli planlaşdırma işləri aparılacaq.
Paralel.az xəbər verir ki, sözügedən ərazidə söküntüdən sonra 158 ədəd (10 ədədi bərpa, 148 ədədi yeni tikili olmaqla) fərdi yaşayış evi tikiləcək.
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Talış kəndindəki işlərlə bağlı hazırlıqlara başlayıb.