Masallıda zədələnən qaz borusundakı qəza aradan qaldırılıb - YENİLƏNİB

Masallıda zədələnən qaz borusundakı qəza aradan qaldırılıb - YENİLƏNİB
 

Masallı rayonunda yeraltı qazıntı zamanı zədələnən qaz borusundakı qəza aradan qaldırılıb.

"Report"un məmulatına görə, artıq rayonun Səmidxan kəndində 800 abonentin qaz təchizatı bərpa olunub.

Qeyd edək ki, sözügedən kənddə yeraltı kabelin çəkilməsi üçün qazıntı işləri aparılan zaman diametri 160 mm-lik boru zədələnib. Nəticədə 800 abonentin qaz təminatı dayandırılmışdı.

***

Rayonun Səmidxan kəndində yeraltı kabelin çəkilməsi üçün qazıntı işləri aparılan zaman diametri 160 mm-lik boru zədələnib.

Nəticədə 800 abonentin qaz təminatı dayandırılıb.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

 

 

0.011698961257935