Rəisi Əlcəzair səfərində sürprizlə qarşılaşdı: mühafizəçilər önünü kəsdi - VİDEO

Rəisi Əlcəzair səfərində sürprizlə qarşılaşdı: mühafizəçilər önünü kəsdi - VİDEO
 

İran prezidenti İbrahim Rəsinin Əlcəzairə səfəri zamanı xoşagəlməz anlar yaşanıb.

Ölkə.Az xəbər verir ki, İran prezidenti Rəsinin martın 2-də Əlcəzairdə keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun 7-ci sammitində iştirakı edib. Səfər çərçivəsində martın 3-də İran prezidenti İbrahim Rəisi ilə Əlcəzair prezidenti Əbdülməcid Tebbun  arasında görüş baş tutub.

Məhz problem də bu zaman yaşanıb. Belə ki, Əlcəzair prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları İran prezidenti İbrahim Rəisini müşayiət edən şəxsi mühafizəçilərinə mane olub və onları içəri buraxmayıblar. Əlcəzair prezidentin mühafizəçilərinin Rəsinin mühafizəçilərini burxmaması isə görüşü işıqlandıran media işçiləri tərəfindən qeydə alınıb.

Mürtəza
Ölkə.Az

 

0.013983011245728