Bu ərazilər Rusiyanın tərkibinə daxil edildi – Putin sənəd imzaladı

Bu ərazilər Rusiyanın tərkibinə daxil edildi – Putin sənəd imzaladı
 

Rusiya prezidenti Vladimir Putin “Donetsk Xalq Respublikası” (DXR), “Luqansk Xalq Respublikası” (LXR),  “Krım Respublikası”, Zaporojye və Xerson vilayətlərini Cənub Hərbi Dairəsinə (SMD) daxil edib. 

Paralel.az xəbər verir ki, bununla bağlı imzalanmış müvafiq sərəncamda deyilir.

“1 mart 2024-cü ildən qüvvəyə minmiş sərəncamla Adıgey Respublikası, Dağıstan Respublikası, Donetsk Xalq Respublikası, İnquşetiya Respublikası, Kabardin-Balkar Respublikası, Kalmıkiya Respublikası, Qaraçay-Çərkəz Respublikası, Krım Respublikası, Luqansk Xalq Respublikası, Şimali Osetiya-Alaniya Respublikası, Çeçenistan Respublikası, Krasnodar və Stavropol diyarları, Həştərxan, Volqoqrad, Zaporojye, Rostov və Xerson vilayətləri, Sevastopol Cənub Hərbi Dairəsinə daxil edilib”, - deyə xəbərdə bildirilib.

 

0.01118803024292