"Rusiyaya qarşı sanksiyaların əleyhinəyik" - Serbiya

 

Slovakiya Rusiyaya sanksiyaların tətbiqinə qarşıdır və Ukraynaya heç bir silah və ya hərbçi göndərməyəcək.

Paralel.az xəbər verir ki, bu barədə Slovakiyanın xarici işlər naziri Juraj Blanar Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

“Sanksiya Avropa İttifaqına Rusiya iqtisadiyyatından daha çox zərər vurur” – deyən Juraj Blanar qeyd edib ki, ölkəsi Rusiyadan çox Slovakiyaya zərər verəcək başqa heç bir sanksiyanı dəstəkləməyəcəyik.

"Slovakiyanın yeni hökuməti olaraq biz ölkə anbarlarından Ukraynaya heç bir silah tədarük etməyəcəyik" - deyən Blanar, hökumətinin Ukraynaya təxminən 40 milyon avroya başa gələn silah paketinin göndərilməsini dayandırdığını söyləyib: "Bizim mövqeyimiz indi əvvəlkindən daha aydındır, çünki sərhəd yerindən tərpənmir və biz bu böhranın yeganə həlli olan atəşkəsə və sülh danışıqları prosesinə çağırırıq".

 

0.012858867645264