Paşinyan və komandası gülüş doğurdu: Dilənçilik səyahəti...

Paşinyan və komandası gülüş doğurdu: Dilənçilik səyahəti...
 

Erməni mətbuatı bu ölkənin baş naziri Nikol Paşinyanın son xarici səyahətlərini Hovanes Tumanyanın "Qikor" hekayəsinin qəhrəmanına bənzədir.

Ölkə.Az ermənişünas İsmayıl Tanrıverdiya istinadla xəbər verir ki, erməni mətbuatı bu səfəri "Qikorlar"ın  dilənçilik səyahəti" adlandırıb.

Belə ki, Paşinyanın son zamanlar öz komanda yoldaşları ilə bilikdə Münhen, Brüssel, Vaşinqton və Afinaya səfərləri ictimaiyyət arasına məzhəkəyə səbəb olub: 

"Bir zamanlar Paşinyanla bilikdə əyinlərində ucuz və nimdaş paltarlarla Gümrüdən İrəvana piyada gedən uşaqlardan bəziləri indi Münhen, Brüssel, Vaşinqton və Afinada olublar. Əvvəlkindən fərqli olaraq, bu dəfə bahalı kostyumlarla bəzənsələr də, yenə də xarici ev sahibləri qarşısında yazıq və əyilmiş boyunları, yaltaq görkəmləri ilə diqqəti cəlb etdilər.   
Açıq şəkildə görünürdü ki, onlar son 5-6 il ərzində nə kifayət qədər siyasi bilik əldə edə biliblər, nə mürəkkəb geosiyasi reallıqları yaxşı anlayıblar, nə də dünyada baş verənlərə düzgün qiymət veriblər. Yəni onlar elə bir məstedici eyforiyaya qapılıblar ki, bəzən reallıq hissini itirərək, gah Rusiya Federasiyasının prezidentinə meydan oxuyur, gah öz müxalifətinə ultimatum verir, gah da təhlükə hiss edərək qonşu dövlətlərin rəhbərləri qarşısında özlərini aciz şəkildə aşağılayırlar" , -  deyə erməni KİV yazıb.

Qeyd edək ki, foto Ermənistan nümayəndə heyəti Yunanıstan baş nazirinin qəbulunda olarkən çəkilib.

Billurə

 

 

0.089663028717041