Yaponiya hökuməti Qarabağı tərk edən ermənilərə 3 milyon dollar verəcək-Saziş

Yaponiya hökuməti Qarabağı tərk edən ermənilərə 3 milyon dollar verəcək-Saziş
 

Yaponiya Hökuməti və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) arasında saziş imzalanıb. Sənəd Yaponiya tərəfinin maliyyəsi ilə həyata keçiriləcək.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 2 illik proqram çərçivəsində BMTİP yaşayış şəraiti və xidmətlərin keyfiyyətini yaxşılaşdıraraq qaçqınlara və ev sahibi icmalara eyni dərəcədə diqqət ayıracaq.

Yaponiyanın Ermənistandakı səfirliyinin məlumatında deyilir ki, maliyyə vəsaitinin həcmi 3 milyon dollar təşkil edib.

Müqavilənin imzalanması mərasimində iştirak edən Ermənistan baş nazirinin müavini Mher Qriqoryan təsdiq edib ki, hökumət Qarabağı tərk edən vətəndaşların Ermənistanda layiqli həyatla təmin olunması üçün onlara uzunmüddətli və sabit şəraitin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. O, xüsusilə "qaçqınlar" üçün təhsil və səhiyyə xidmətlərinin göstərilməsi, sərfəli mənzil və məşğulluq imkanlarına yönəlmiş fəaliyyətlərə toxunub. Eyni zamanda Qriqoryan ev sahibi icmaların dayanıqlığının artırılmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, Yaponiya hökuməti 2023-cü il oktyabrın 6-da Qarabağdan Ermənistana köçmüş vətəndaşlar üçün ümumilikdə 2 milyon ABŞ dolları məbləğində fövqəladə təmənnasız yardım göstərmək barədə qərar qəbul edib.

 

0.024116039276123