9 May - Faşizm Üzerinde Qelebe Günüdür
Bu gün SSRİ-nin Alman Faşizm üzərində qələbəsinin 73-cü il dönümüdür
9 may qələbə günü
19:18 08-05-2018
Azərbaycanın qəhrəman oğul və qızlarının da, bu qələbədə öz payları var
Bir əsr içində bəşəriyyətin iki dünya müharibəsi ilə üz-üzə qalması, acgöz dövlətlərin, torpaqdan, sərvətdən nəfsi doymayan insanların, dünyanın yenidən bölüşdürülməsi uğrunda apardıqları mübarizənin nəticəsi idi. İki nəhəng hərbi ittifaq arasında cücərən narazılıq toxumları Birinci Dünya müharibəsinə gətirib çıxartdı. Bu ağılsız mübarizə Almaniya və Böyük Britaniya arasında idi.
Lakin bugünki mövzumuz birinci dünya müharibəsinə aid olmadığı üçün, bu barədə geniş danışmadan, keçid alıram ikinci dünya müharibəsinin bəşəriyyətə vurduğu ziyanların şərhinə.
İkinci dünya müharibəsi 1939-cu il sentyabrın 1-də faşistlərin Polşanı işğal etməsi ilə başladı. İkinci Dünya müharibəsi burada iştirak edən dövlətlərin sayına və eyni zamanda müharibənin gediş qaydalarına, hərbi texnikanın gücünə görə, Birinci Dünya müharibəsindən misli görünməmiş dərəcədə ağır və dəhşətli idi. O illərdə, İtaliya və Almaniya nasistləri nəinki öz ölkəsinin insanlarını, həmçinin bütün bəşəriyyəti qorxunc bir təhlükə içində qoymuşdu.
Bu dövlətlərin 1941-ci ilin iyun ayının 22-də, SSRİ-yə hücumu, Böyük Vətən müharibəsinin başlanmasına səbəb oldu. Faşizmin Kommunizmlə döyüşməsi, həmin dövrdə SSRİ-nin tərkibində olan Azərbaycanı da, bu müharibəyə qoşulmaq məcburiyyətində qoydu. Adı tarixdə "Böyük Vətən Müharibəsi" kimi həkk olunan bu savaşda, Azərbaycan xalqı həm ön cəbhədə döyüş, həm də arxa cəbhədə yorulmadan əmək rəşadəti göstərirdi.
1945-ci il mayın 8-dən 9-na keçən gecə, alman generalı Vilhelm Keytelin danışıqsız təslim aktını imzalaması ilə, faşizm süquta uğradı və tarixin zibilliyinə gömüldü. Bu tarix isə mütərəqi dünyanın faşizm üzərində qələbəsi kimi yaddaşlara həkk olundu.
Əminliklə deyə bilərik ki, SSRİ-nin faşizm üzərində qələbəyə nail olmasının 80% -də Bakı neftinin də payı var. Bunu sübut etmək üçün belə demək kifayətdir ki, yanacaqla işləyən hərbi texnikanın 4/5-ü Bakı benzini ilə işləyib.
İkinci Dünya müharibəsinin bu faktorları Azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli bir xalq olduğunu bir daha sübut etdi. Həmin illərdə Respublikamızda iqtisadiyyatın əldə etdiyi resursları bütünlüklə cəbhəyə yönəltmək dövlətin, xalqın qarşısına qoyduğu ən ümdə məqsədi idi. Müharibə üçün vacib olan silah-sursatın hazırlanması üçün isə bu vasitələri hazırlayıb ərsəyə gətirən zavod, fabriklər qurulmalı, onların daim işlək vəziyyətdə olmalarını təmin etmək lazım idi. Bunun üçün isə qısa müddətdə Bakını ordunun ən mühüm cəbhəxanasına çevirmək, böyük çətinliklər bahasına başa gəlsə də, bütün çətinliklərə sinə gərən, bu ağır məsuliyyəti çiynlərində daşıyan insanlar öz vəzifələrinin öhdəsindən layiqincə gəldilir.
Azərbaycanın tarixində neft istehsalının ən yüksək səviyyəsi, məhz 1941-ci ilə təsadüf edib. Bu tarixdə istehsal səviyyəsi 23 milyon tona çatdırılan "qara qızıl" bütövlüklə SSRİ-nin tələbatının 71%-ni ödəyirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları veriblər. Azərbaycan alimləri də faşizm üzərində qələbəmizin təmin edilməsi üçün gecəni-gündüzə qataraq çalışıblar.
Bu fəaliyyətin nəticəsidir ki, SSRİ-nin hərbi hava qüvvələrinə benzin hazırlamaq üçün çalışan Akademik Yusif Məmmədəliyevin başçılıq etdiyi alimlər qrupunun səyi nəticəsində yeni texnologiya yaradılıb. Bu texnalogiyanın səmərəli nəticələri sayəsində sovet hərbi aviasiyası ən yuksək keyfiyyətli yanacaqla təmin olunub.
Azərbaycanın qəhrəman oğul və qızları Qafqazdan Berlinə qədər keşməkeşli müharibə yollarında göstərdikləri qəhrəmanlıqlara, şücaətlərə görə Azərbaycan SSRİ-nin müxtəlif orden və medalları ilə təltif ediliblər.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən general Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.
Azəbaycan legionu...