Yeni yaradılacaq "Azərbaycan- Türkiyə universiteti"nin mühüm missiyası var
Bu il iki yeni universitetimiz fəaliyyətə başlamalıdır: Qarabağ Universiteti və Azərbaycan-Türkiyə universiteti. Uğurlu olsun! Cəmiyyətin bu yeni universitetlərdən gözləntisi böyükdür. Hələ 2017-ci ildə Türkiyə prezidenti R.T.Ərdoğan bildirmişdi ki, türk dövlətlərinin birgə universitetlərinin yaradılmasına ehtiyac var.
Türkiyənin milli təhsil naziriri Yusuf Tekin:
“ iki dövlət, bir millət” anlayışının, bu qardaşlıq duyğusunun davam etməsi arzusunda olan Azərbaycan sevdalısıyam. Bu şüurun davam etməsini istəyirəm. Bunun üçün nə lazımdırsa, onu etməyi öhdəmizə götürürük. İki ölkənin prezidentləri cənab Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyev də bu məsələdə öz iradələrini bəyan etdilər. Bu dostluğun möhkəmlənərək davam etməsini istəyirlər. Hər iki ölkənin vətəndaşları bu dostluğun davam etməsini istəyirlər. Bizim vəzifəmiz həm liderlərimizin, həm də xalqımızın istədiyi bu əlaqəni daha da gücləndirməkdir”
Bizim fikrimizcə istiqamətdə mühüm addımlardan biri də Türkiyə və Azərbaycan təhsil məkanlarının inteqrasiyasıdır. Bu inteqrasiya sonda Türk dövlətlərinin ortaq dil və ortaq təhsil sisteminin yaranmasına, TURAN təhsil məkanının yaradılmasına səbəb olacaqdır.
Əslində biz Türkiyə ilə birgə universitetin yaradılmasında biz çox gecikmişik, ən azından 25 il gecikmişik. Çünki, Qazaxstan və Qırğızıstanda belə müştərək universitetlər 30 il əvvəl açılıblar. İndi bu universitetlər qlobal reytinqlərdə ilk minlikdədirlər. Bu universitetin missiyası Türkiyə universitetlərinin qabaqcıl təcrübəsinin ölkəmizə transfer edilməsi, ali təhsil üzrə innovasiyaların yaradılması, təhsilin rəqəmsallaşdırılmasında liderlik v.s. kimi məsələlərdə glaqman olmaqdır. Yeni yaradılan bu universitetin 2 qardaş ölkənin ortaq ali təhsil məkanı formalaşdırmaq kimi də mühüm missiyası olmalıdır.
Biz hələ 15 il əvvəl virtual fəaliyyət göstərə biləcək belə bir universitetin- "VİRTUAL TURAN UNİVERSİTETİ"nin yaradılması təklifini vermişdik.
Yeni yaradılacaq müştərək universitetin fəaliyyətinin uğurlu olması üçün ilk 5 ildə əsas işləri Türkiyə tərəfi yerinə yetirməlidir. Universitet formalaşandan sonra- normal sistem, mexanizmlər və insan resursları, maddi-texniki və tədris-metodik təminat yaradılandan, ilk məzunlar buraxılandan sonra tədricən idarəetmə bizim kadrlara ötürülə bilər. Amma universutetin fəaliyyətinə nəzarət ETN və YÖK tərəfindən daim birgə aparılmalıdır.
Dos. İlham Əhmədov
Paralel.az